Tunisdə paraşütdən tullanan qadın yüzlərlə metr hündürlükdə cinsi təcavüzə məruz qalıb VİDEO
Tunisdə tətil edən, üç uşaq anası olan ingilis vətəndaşı Michelle, məşhur su idmanı növlərindən biri olan parasailing zamanı yüzlərlə metr hündürlükdə cinsi təcavüzə məruz qaldığını iddia edib. Qadın yaşadığı qorxulu anları və hisslərini "özümü çirkli və pozulmuş hiss etdim" sözləri ilə ifadə edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Michelle, Susa şəhərində dostu ilə birlikdə tandem parasailing etmək istədiyini, lakin güclü külək səbəbindən tətil mərkəzi işçilərinin onları tək-tək uçmağa məcbur etdiyini bildirib. Onun sözlərinə görə, dostu problem yaşamadan uçuşunu tamamlayıb.
Lakin Michelle üçün təcrübə dəhşətə çevrilib. O, gənc bir işçinin arxasına bağlanaraq havaya qalxıb və baş verənləri belə təsvir edib:
"Birdən bikini altımdan çəkildiyini hiss etdim. Kəməri sıxaraq məni özünə tərəf çəkirdi. Ayaqlarını ətrafıma doladı. Bir əli paraşütdə, digər əli sərbəst idi və sonra ayağıma toxundu."
Michelle, vəziyyətin getdikcə qorxunc hal aldığını, gəncin ona qarşı təcavüzkar hərəkətlər etdiyini, ərəbcə nəsə dediyini və bədənini ona bastırdığını bildirib:
"O an havada asılı qalmışdım, qaçmaq imkanım yox idi. Özümü tamamilə pozulmuş və köməksiz hiss etdim. Təxminən 20 yaşlarında bir oğlan idi və mən çox qorxmuşdum."
Yere endikdən sonra gözyaşlarına boğulan qadın dərhal su idmanı mərkəzinin rəhbərinə müraciət edib, daha sonra isə polisə şikayət verib. EasyJet şirkətindən 6.000 funt sterlinq dəyərində paket tur alan Michelle, bu hadisədən sonra tətildən zövq ala bilmədiyini deyib:
"Bəzi ölkələrdə qadınlara qarşı kişilərdən kiçik zarafatlar eşidə bilərsiniz, amma bu zarafat deyildi, açıq-aşkar cinsi təcavüz idi."
Hüquq-mühafizə orqanları şübhəlinin saxlandığını bildirir. Michelle-in sığorta şirkəti və Böyük Britaniya Xarici İşlər Nazirliyi hüquqi prosesdə ona dəstək göstərir. EasyJet hadisə ilə bağlı açıqlama yayaraq, "Müştərilərimizin təhlükəsizliyi və rifahı bizim üçün prioritetdir. Xanım Wilson-a dəstəyimizi davam etdiririk və otel tərəfdaşımızla birgə məsələnin izləyicisiyik" deyə bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!