Azərbaycan ərazisində zəlzələlər qaçınılmazdır! - AÇIQLAMA

Azərbaycan ərazisində zəlzələlər qaçınılmazdır! - AÇIQLAMA"Rusiyanın Kamçatka vilayətində baş verən güclü zəlzələ, dünyada artan seysmik və tektonik aktivliyin bariz göstəricisidir".

Sonxeber.az xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Modern.az-a açıqlamasında deyib. O bildirib ki, baş verən güclü zəlzələdən bir qədər əvvəl Kamçatka ərazisində hiss edilən yüngül təkan baş verib.

"Mən bu təkanı qeydlərimdə "foreşok" - yəni əsas zəlzələdən əvvəl hiss olunan xəbərdaredici təkan kimi qiymətləndirmişdim. Belə güclü zəlzələnin Kamçatkada baş verməsi gözlənilən idi, çünki bu ərazi geoloji baxımdan son dərəcə aktiv və intensivdir".

O qeyd edib ki, Kamçatka bölgəsi bir neçə nəhəng tektonik plitənin toqquşma və təmas zonasında yerləşir.

"Sakit Okeanın həmin hissəsi çox aktiv seysmik ocaq sayılır. Bu ərazi yalnız Rusiya ilə məhdudlaşmır, Yaponiya, Oxotsk dənizi, Filippin, İndoneziya, Cənub-Şərqi Asiya ölkələri, həmçinin coğrafi baxımdan Avstraliya, Yeni Zelandiya və Şərqi Amerika adaları da bu nəhəng seysmik zonanın təsiri altındadır".

Seysmoloqun sözlərinə görə, bu güclü zəlzələnin ardından yaxın günlərdə digər ölkələrdə də seysmik fəallıq müşahidə oluna bilər.

"Xüsusilə Cənub-Şərqi Asiya, Filippin, İndoneziya, Yeni Zelandiya və Tayland ərazilərində silkələnmələr baş verə bilər. Çünki bu plitələrin toqquşduğu nəhəng bir sahə artıq sarsılıb və bu sarsıntının təsiri zəncirvari şəkildə başqa bölgələrə də yayıla bilər".

Q.Babayev onu da əlavə edib ki, Azərbaycanın ərazisi ilə müqayisədə, bu nəhəng plitə sərhədlərində gedən yerdəyişmə və geodinamik proseslər daha intensivdir:

"Azərbaycan ərazisi seysmik baxımdan aktiv olsa da, burada baş verə biləcək zəlzələlərin maqnitudası və təsir gücü həmin regionlarla müqayisədə daha aşağıdır. Bizim ərazidə bu cür nəhəng tektonik bloklar mövcud deyil. Amma bu o demək deyil ki, Azərbaycan ərazisində zəlzələlər ümumiyyətlə baş verməyəcək. Bu, qaçınılmazdır və zaman-zaman təkrarlanacaq".

O, həmçinin qeyd edib ki, burada mühüm məsələ zəlzələnin dərinliyidir:

"Əgər zəlzələ səthə yaxın baş verərsə, 3.5 bal gücündə belə bir təkan əhali tərəfindən aydın şəkildə hiss olunur. Lakin dərinliyi 50-60, hətta 65 km olan zəlzələlərdə seysmik dalğalar yer qatlarından keçərkən udulduğu üçün səthə çıxan enerji zəifləyir və bu da hiss olunma səviyyəsini azaldır. Ona görə də dərinlik zəlzələnin təsir gücündə həlledici rol oynayır".

Qulam Babayev vurğulayıb ki, dünyada seysmik və tektonik fəallığın artmaqda davam etdiyi müşahidə olunur və bu tendensiyanın ilin sonuna qədər də davam etməsi gözlənilir.

"Azərbaycanda bu proseslər tamamilə sabit qala bilməz, çünki bu, fiziki qanunlara ziddir. Xüsusilə qonşu ölkələrdən İran və Türkiyə əraziləri seysmik baxımdan aktiv olaraq qalacaq və burada da təkanların hiss edilməsi ehtimal olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2282   Tarix: 04 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr