Soyuq duş qəbul edən insanlara ŞOK XƏBƏRDARLIQ

Soyuq duş qəbul edən insanlara ŞOK XƏBƏRDARLIQHavanın həddindən artıq isti olduğu günlərdə bir çox insan dərhal özünü soyuq suyun altına ataraq sərinləməyə çalışır.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Lancaster Universitetinin professoru Adam Teylor bu vərdişin gözlənilməz sağlamlıq təsirləri yarada biləcəyini bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə geniş yayılmış "soyuq su sərinlədir" fikrinin elmi əsası yoxdur.

Bədənimiz təxminən 37 dərəcə daxili temperaturu qorumağa proqramlaşdırılıb. Bu tarazlıq pozulduqda damarlar genişlənərək istiliyi bədəndən kənarlaşdırmağa çalışır. Soyuq suyun yaratdığı "şok effekti" isə bu təbii mexanizmin düzgün işləməsinin qarşısını alır.

Professorun sözlərinə əsasən, bədən qəfil şəkildə soyuq suya məruz qaldıqda dərinin altındakı qan damarları daralır və bu, istiliyin bədəndən çıxmasına mane olur. Nəticədə soyuq duş bədəni həqiqətən sərinlətmir, əksinə, istiliyi daxili orqanların ətrafında saxlayır.

Teylorun fikrincə, bu zaman bədənə yalnış bir siqnal verilir - sanki artıq istilik yoxdur və orqanizmin onu bədəndən atmasına ehtiyac yoxdur. Bu isə isti havalarda sağlamlıq üçün təhlükəli paradoks yaradır.

Professorun araşdırmalarına əsasən, soyuq duş qəbul etmək xüsusilə bəzi insanlar üçün riskli ola bilər. Suyun temperaturu 15 dərəcənin altına düşdükdə hipotermiyaya bənzər reaksiyalar yarana bilər. Qan təzyiqində qəfil artım isə xüsusilə ürək-damar problemləri olan şəxslər üçün təhlükə yaradır.

Mütəxəssislərə görə, yay günlərində ideal duş temperaturu 25-27 dərəcə arasında olmalıdır. Bu istilik həm bədənin termal balansını qoruyur, həm də sərinləmək üçün yetərlidir.

Soyuq duşun sağlamlıq baxımından digər bir mənfi tərəfi isə kifayət qədər gigiyena təmin etməməsidir. Mütəxəssislərin araşdırmalarına əsasən, soyuq su dəridəki sebumu (yağ təbəqəsini) və bakteriyaları təmizləməkdə yetərli təsir göstərmir. Bu isə bədəndə pis qoxunun qalmasına, məsamələrin tıxanmasına və sızanaq yaranmasına səbəb ola bilər. Dəridəki kiri effektiv şəkildə təmizləmək üçün ən ideal üsul isə ilıq duş almaqdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 938   Tarix: 04 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr