2025-ci ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi? - ŞƏRH

2025-ci ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi? - ŞƏRHVaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü bölgədə yeni sülh mərhələsinə keçid siqnalı kimi qiymətləndirilir. Lakin ekspertlərə görə, proses yalnız sənədin imzalanması ilə deyil, onun davamlı şəkildə həyata keçirilməsi ilə ölçüləcək və bu, həm daxili siyasi təzyiqlərdən, həm də geosiyasi balansdan asılı olacaq.

Bəs görəsən 2025-ci ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi?

Politoloq Tural İsmayılov bu barədə Sonxeber.az -a açıqlama verib:

"Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşə hazırlaşması regionda yeni mərhələyə keçidin siqnalı kimi təqdim edilir. Ancaq "sülh bu qədər yaxındır" ifadəsi hələlik daha çox diplomatik optimizmdən qaynaqlanır, nəinki reallıqdan. Məsələ ondadır ki, sülh yalnız sənəd imzalamaqla deyil, həmin sənədin həyata keçirilməsi ilə ölçülür. Ermənistan daxilində hələ də revanşist təbəqələr mövcuddur və bu, Paşinyanın qərarlarını hər zaman təhlükə altına ata bilər.

Vaşinqton platforması isə burada yalnız vasitəçidir, nəticəni tərəflərin siyasi iradəsi müəyyən edəcək. ABŞ-ın Cənubi Qafqazdakı maraqları və bu maraqlar fonunda Rusiyanın zəifləyən təsiri, yeni bir tarazlıq yaratmaq niyyətindən xəbər verir.

İlham Əliyev artıq postmünaqişə dövründə regional reallığı müəyyən edən əsas aktor olduğunu sübuta yetirib. Bu səbəbdən Azərbaycanın sülhə yanaşması yalnız emosional deyil, strateji əsaslara söykənir. Lakin Ermənistanın Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və qarşılıqlı tanıma məsələlərində konkret addım atması vacibdir. Paşinyan hökuməti daxili təzyiqlərdən sıyrılıb real qərarlar qəbul etməlidir.

Sülh imzası yaxın görünə bilər, lakin bunun davamlılığı çoxsaylı geosiyasi və daxili faktorlardan asılıdır. Moskvanın prosesdən kənar qalması Rusiyanın bölgəyə təsir gücünün azaldığını göstərir, lakin bu, həm də təxribat ehtimalını artırır. Vaşinqtonun təşəbbüsü Azərbaycan üçün diplomatik manevr imkanlarını genişləndirir, lakin ehtiyatlı optimizm hələ də əsas yanaşma olmalıdır.

Əgər bu sənəd imzalansa belə, onun gerçək uğuru gələcək davranışlarda yoxlanacaq. Qısası, sülh yaxın ola bilər, amma dayanıqlı olması üçün təkcə imza deyil, iradə, məsuliyyət və güvən də lazımdır".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1961   Tarix: 04 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr