Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir? - Video
Son zamanlarda paytaxtın bəzi ərazilərində yayılan kəskin və xoşagəlməz qoxu şəhər sakinlərinin ciddi narahatlığına səbəb olub.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.
Sakinlərin sözlərinə görə, bu qoxu günün müxtəlif saatlarında aydın hiss olunur: "Müşfiqabad qəsəbəsində pis qoxular gəlir, rahat gəzə bilmirik".
Mütəxəssislər isə bildirib ki, problemin əsas səbəbi Bakıda mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Bununla yanaşı, uzun illərdir ki, Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Bu səbəbdən illərlə dənizə axıdılan çirkab suların qalıqları üzə çıxmağa başlayıb.
Ekoloq Sadiq Həsənov isə məsələni belə şərh edib: "Günəşin sürətli təsiri ilə ultrabənövşəyi şüalar parçalanır və maddələr yaranır. Bu zaman ətrafa xoşagəlməz qoxu yayılır. Xüsusilə Bakının bir çox kəndlərində, məsələn, Türkan, Zirə, Mərdəkan və bir sıra yerlərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bu da birbaşa dənizə axıdılır. İnsana təmas edəndə isə bir sıra xəstəliklər yaradır. Üzvü maddələrin parçalanmasından əmələ gələn bu qazlar zəhərlidir. İnsanın həm göz nahiyəsinə, həm nəfəs borusuna, həm də digər orqanlarına müəyyən qədər zəhərli təsirini göstərə bilər".
Paytaxtda mövcud kanalizasiya sisteminin əhalinin tullantı yükünü daşıması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, tullantı su şəbəkələri qurularkən ərazinin relyefi orada yaşayan abonentlərin sayı nəzərə alınaraq şəbəkənin layihəsi tərtib olunur: "Sovet dövründə tikilmiş kanalizasiya şəbəkələri o dövrün əhalisinə uyğun planlaşdırılıb. Lakin hazırda bir çox ərazilərdə əhali sayının və yeni tikililərin artması sistemə əlavə yük olur. Bu səbəbdən köhnə şəbəkələrdə bəzən daşmalar, qoxular və ya xəttin tıxanması kimi problemlər özünü büruzə verir. Bundan əlavə bu gün şəbəkələrdə qeyri-qanuni qoşulmalar var. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə müvafiq layihə sənədləri hazırlanıb.Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2163 Tarix: 05 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabr