Bakıda imkanlı xanımlarla tanış olub 170 min manata yaxın məbləği ələ keçirən şəxsə AĞIR CƏZA

Bakıda imkanlı xanımlarla tanış olub 170 min manata yaxın məbləği ələ keçirən şəxsə AĞIR CƏZABakıda tanış olduğu xanımlara qarşı dələduzluq etməkdə ittiham olunan şəxs həbs edilib. O, maddi imkanı yaxşı olan xanımlara özünü iş adamı, imkanlı şəxs kimi təqdim edərək münasibət qurub. Sonra həmin münasibətləri sevgiyə çevirməyi bacarıb. Ən sonda isə həmin qadınlara qarşı dələduzluq edib.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, 36 yaşlı Xəyyam 4 nəfərə qarşı dələduzluqda ittiham olunur.

Onun külli miqdarda zərər vurduğu şəxslər də var.

İstintaq zamanı müəyyən edilib ki, Xəyyam daha əvvəl də oğurluq və dələduzluq maddələri ilə təqsirli bilinərək həbs edilib. Sonuncu dəfə 2021-ci ildə dələduzluğa görə aldığı cəza başa çataraq azadlığa buraxılıbmış.

İttihama görə, Xəyyam əvvəlcə Ləman adlı xanımla tanış olub. Onun avtomobilini lombarda girov qoyaraq 6 000 manat kredit götürüb. Həmçinin həmin xanımın 1 700 manatlıq planşetini ələ keçirib.

Sonra isə Aliyə adlı xanımla tanış olub. Özünü imkanlı, atasını isə tikinti şirkətinin sahibi olan şəxs kimi təqdim edib. Aliyə ilə tanış olaraq onunla ailə həyatı quracağını deyib. Xəyyam Aliyənin "Lexus LX-570" maşınını satmaq istədiyini bilib. Həmin avtomobili sataraq "Porsche" almaq istəyən Aliyəni aldatmaqda ittiham olunur. Aliyənin avtomobilini 60 min manata satıb. Sonra isə "Porsche" markalı avtomobilin sənədləşmə işlərinə görə 17 min manat alıb. Xəyyam daha baha qiymətə olan "Porsche"ni alaraq Aliyəyə hədiyyə edəcəyini deyib. Lakin həmin məbləği ələ keçirib.

Xəyyam tanış olduğu Leyla adlı xanıma qarşı da eyni üsulla dələduzluq edib. Leyla adlı xanım tanışlıqdan sonra Xəyyama avtomobilini dəyişmək istədiyini deyib. Bu məqsədlə Leylanın "Mercedes" markalı avtomobilini salonlardan birinə satmağa razılaşıblar. Həmin avtomobili 27 min dollara satıblar. Lakin Xəyyam avtosalondan götürdüyü pulu Leylaya çatdırmayıb.

İstintaqla müəyyən edilib ki, Xəyyam sonda tanış olduğu Aytən adlı xanıma qarşı da 17 min manatlıq dələduzluq edib. Həmin xanım tikinti şirkətlərindən birində satış direktoru işləyirmiş. Xəyyam ev almaq adı ilə həmin şirkətə gedərək Aytən adlı xanımla tanışlıq edib. Sonra onlar arasında münasibət yaranıb. Xəyyam MİDA-dan ev almaq istəyən Aytəndən 20 min manat alaraq ələ keçirib.

Zərərçəkmiş xanımların ifadələrindən məlum olub ki, Xəyyam tanışlıq zamanı özünü biznesmen kimi təqdim edib, atasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, anasının isə xəstəxanalardan birinin baş həkimi olduğunu deyirmiş.

Elan edilmiş heç bir ittihamla özünü təqsirli bilməyən Xəyyam deyib ki, xanımlarla münasibət quran zaman onları aldatmaq fikri olmayıb. Onun sözlərinə görə, xanımların ona qarşı irəli sürdüyü ittihamlar əsassızdır.

İstintaq zamanı məlum olub ki, Xəyyam bu hadisələrdən sonra Türkiyəyə gedərək bir il orada yaşayıb. Sonra isə Azərbaycana qayıdıb. Azərbaycana qayıdandan sonra barəsində edilmiş şikayətlərlə həbs olunub.

Məhkəmənin hökmü ilə Xəyyam 8 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2939   Tarix: 06 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr
.

Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO

Honq-Konqda bir qadın sifariş etdiyi mal əti ilə düyü əriştəsinin içindən canlı siçan balası çıxması ilə böyük şok yaşayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Wah Sing Sənaye Binasında fəaliyyət göstərən Wa Jer Restaurant adlı restoranda baş verib. Qadın 44 Honq-Konq dollarına mal əti il

11 sentyabr
.

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO

Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya

21 sentyabr
.

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə

12 sentyabr
.

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb

Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd

20 sentyabr
.

Hamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar

20 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr
.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb

ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə

21 sentyabr