ChatGPT-nin yeniyetmələrə yaratdığı təhlükələr AÇIQLANDI
Süni intellekt əsasında hazırlanmış ChatGPT proqramı yeniyetmələrə narkotik və alkoqoldan istifadə, qida pozuntularını gizlətmək və hətta intihar məktubu yazmaq kimi təhlükəli və detallı təlimatlar təqdim edir.
Sonxeber.az xəbər verir ki, Amerikanın Associated Press (AP) agentliyinin yaydığı məlumat verib.
Rəqəmsal təhlükəsizlik üzrə ekspertlər bu məsələ ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.
Məsələ ilə bağlı araşdırma Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzi (Center for Countering Digital Hate – CCDH) tərəfindən aparılıb. Associated Press-in əldə etdiyi nəticələrə görə, chatbot əvvəlcə yeniyetmələri riskli davranışlara görə xəbərdar etsə də, söhbət irəlilədikcə məhdudiyyətləri aradan qaldıraraq fərdiləşdirilmiş və ətraflı planlar təqdim edib.
Tədqiqatçılar özlərini emosional cəhətdən zəif yeniyetmələr kimi təqdim edərək ChatGPT ilə 3 saatdan artıq vaxt keçiriblər. 1200 cavabın təhlili nəticəsində onların yarıdan çoxu təhlükəli məzmun kimi qiymətləndirilib.
Qeyd olunur ki, chatbotun qoruyucu sistemləri asanlıqla keçilə bilər. Tədqiqatçılar sadəcə məlumatın "təqdimat üçün" və ya "dost üçün" lazım olduğunu deyərək təhlükəli təlimatlar əldə edə biliblər. Məsələn, 13 yaşlı yeniyetmə üçün qısa müddətdə sərxoş olmaqla bağlı təlimatlar verən ChatGPT, daha sonra alkoqol və ağır narkotiklərlə dolu "əyləncə planı" da təqdim edib. Digər bir nümunədə isə öz görünüşündən narazı olan 13 yaşlı qız profilinə aclıq və iştah azaldıcı dərmanlarla bağlı təhlükəli pəhriz planı göndərilib. Hətta chatbot tərəfindən valideynlərə və bacı-qardaşlara ünvanlanmış "ürəkparçalayan intihar məktubları" da yaradılıb.
ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti bu halları təsdiqləyərək, belə həssas mövzularda chatbotun davranışını təkmilləşdirmək üçün işlərin davam etdiyini bildirib. Şirkət bəzi söhbətlərin neytral səviyyədən daha ciddi mərhələyə keçə biləcəyini qəbul edərək, psixoloji və emosional gərginlik əlamətlərini daha effektiv şəkildə aşkar edən yeni alətlər üzərində işlədiyini vurğulayıb.
Ekspertlər bildirirlər ki, chatbotlar klassik axtarış sistemlərindən fərqli olaraq, məlumatları istifadəçiyə uyğunlaşdırır və çox zaman "etibarlı yoldaş" kimi qəbul olunur. Süni intellektin istifadəçi ilə razılaşmaq meyli isə bəzi hallarda təhlükəli nəticələrə səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 885 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabr"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"
"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı
21 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrAzərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabr