15 yaşlı uşağın törətdiyi qətl böyük narkotik işi ilə əlaqələndirilir

15 yaşlı uşağın törətdiyi qətl böyük narkotik işi ilə əlaqələndirilirDiyarbakırda baş verən və ilk baxışda ailədaxili zorakılıq kimi görünən bir qətl hadisəsinin, Türkiyədə böyük bir narkotik işi ilə əlaqəsi olduğu ortaya çıxanda ölkə gündəmini silkələyib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 15 yaşlı bir uşaq, xalası ilə evli olan keçmiş kənd mühafizəçisi Yüksel Bayrakı küçənin ortasında başından güllələyərək qətlə yetirib. Bu qətl, Bayrakın şahid qismində ifadə verəcəyi 24 nəfərlik narko-qruplaşma işi üzrə iddianamənin qəbul edilməsindən yalnız 5 gün əvvəl baş verib.

Hadisənin təfərrüatları:

Qətl ötən il Diyarbakırda baş verib. Yüksel Bayrak, ailəsi ilə birlikdə qohum ziyarətindən qayıdarkən küçədə pusquya düşür. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə 15 yaşlı uşağın Bayrakın arxasınca səssizcə yaxınlaşdığı, ilk atəş cəhdində silahın tutukluq etdiyi, ikinci cəhddə isə Bayrakı başından vuraraq öldürdüyü görünür. Bayrakın həyat yoldaşı hadisəyə müdaxilə etməyə çalışsa da, buna mane ola bilməyib. Cinayətkar hadisə yerindən uzaqlaşsa da, qısa müddət sonra saxlanılıb.

"Xalama pis davrandığı üçün öldürdüm" dedi, lakin…

Ekol TV-dən Burak Emekin xəbərinə görə, saxlanılan uşaq ilkin ifadəsində cinayəti "Halama pis davrandığı üçün" törətdiyini deyib. Lakin araşdırmalar dərinləşdikcə hadisənin əvvəlcədən planlaşdırılmış sui-qəsd ola biləcəyi ehtimalı önə çıxıb.

Narkotik işi və təşkilatlı qətl şübhəsi

Məlum olub ki, Yüksel Bayrak 24 nəfərin təqsirləndirildiyi genişmiqyaslı bir narkotik işi üzrə əsas şahidlərdən biri olub. Onun, iddianamənin hələ məhkəmə tərəfindən qəbul edilmədiyi bir vaxtda – cəmi 5 gün əvvəl qətlə yetirilməsi, cinayətin təsadüfi və şəxsi səbəblərlə törədilmədiyini ortaya qoyub.

Təhlükəsizlik orqanlarının apardığı genişmiqyaslı istintaq nəticəsində, aralarında azmettirmə ilə ittiham olunanların da yer aldığı 10 nəfər həbs edilib. Hüquq-mühafizə orqanları cinayətin arxasında duran təşkilatlanmanı sxematik şəkildə ortaya çıxarıb. Gözaltına alınan şəxslər haqqında artıq cinayət işi açılıb və onların 31 oktyabr tarixində məhkəmə qarşısına çıxarılması gözlənilir.

Bu hadisə, 15 yaşlı bir gəncin təkbaşına törətdiyi sadə bir qətl kimi görünsə də, arxasında narkotik mafiyasına bağlı daha dərin və təhlükəli əlaqələrin ola biləcəyini göstərir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1876   Tarix: 07 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO

ABŞ-də 13 yaşlı qızla görüşmək məqsədilə təxminən 14 saat avtomobil idarə etdiyi bildirilən kişi polis tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin uşaqlara qarşı cinsi cinayətlərin qarşısının alınmasına yönəlmiş əməliyyat çərçivəsində baş verdiyi bildirilir. Məlumata görə

17 sentyabr
.

Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO

Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim

14 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr
.

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə

12 sentyabr
.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15 sentyabr
.

Küçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO

Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla

11 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr