Şizofren oğul yataq xəstəsi anasını döyüb komaya saldı - VİDEO
Denizlinin Pamukkale rayonunda baş verən dəhşətli hadisə ictimaiyyəti sarsıdıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, şizofreniya xəstəsi olan bir həkim, yataq xəstəsi anasını 2 saat boyunca döyərək beyin qanamasına və komaya düşməsinə səbəb olub. Şübhəli polis tərəfindən saxlanılıb.
Hadisə Fesleğen məhəlləsində yaşanıb. İki ildir yataq xəstəsi olan H.G.G.-yə son iki ayda baxıcılıq edən A.K., səhər evin açarını istifadə edərək içəri girəndə yaşlı qadını huşsuz vəziyyətdə yerdə tapıb. Təcili tibbi yardım çağırılıb və ilkin müdaxilədən sonra qadın xəstəxanaya çatdırılıb.
Müayinələr nəticəsində qadının bədənində çoxsaylı göyərmələr olduğu, aldığı zərbələr səbəbindən beyin qanaması keçirdiyi və komaya düşdüyü müəyyən edilib. O, hazırda reanimasiya şöbəsində müalicə olunur.
Evdəki təhlükəsizlik kamerası görüntülərini araşdıran polis, qadının 37 yaşlı oğlu M.G. tərəfindən döyüldüyünü aşkarlayıb. Görüntülərdə M.G.-nin anasına "Pul tap, mənə pul tap. Pul tapsan, buradan çıxıb gedəcəyəm" dediyi, gecə saat 23:30-dan 01:30-a qədər ona dəfələrlə zərbələr endirdiyi görünür. Aldığı zərbələrdən sonra "Allah" deyə fəryad edən qadının acı içində üzünü qorumağa çalışması hər kəsi kədərləndirib.
M.G.-nin anasını daha əvvəl də dəfələrlə döydüyü iddia olunur. Onun 7 il tibb təhsili aldığı, atasının ölümündən sonra psixoloji vəziyyətinin pisləşdiyi və müalicəyə əməl etmədiyi üçün aqressiv davrandığı bildirilib.
Baxıcı A.K., hadisənin ortaya çıxmasından sonra M.G.-nin "O baxıcını da balkondan ataraq öldürəcəyəm" deyə təhdid etdiyini açıqlayıb və ondan şikayətçi olub.
Denizli Valiliyi hadisə ilə bağlı açıqlama yayaraq, H.G.G.-nin vəziyyətinin ağır olduğunu, intensiv terapiya şöbəsində müalicəsinin davam etdiyini, M.G.-nin isə polis tərəfindən saxlanıldığını və istintaqın diqqətlə aparıldığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!