Qətlə yetirilən qadının dörd gün əvvəl dedikləri: "İkinci balta zərbəsindən sonra da dayanmadı"

Qətlə yetirilən qadının dörd gün əvvəl dedikləri: "İkinci balta zərbəsindən sonra da dayanmadı"Füzulidə keçmiş arvadını qətlə yetirməkdə ittiham olunan 48 yaşlı Elsevər Bağırovun məhkəmə araşdırması yekunlaşıb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yekunda Elsevərə ittiham olunduğu maddələrdən biri ilə cəza, digəri ilə bəraət verilib.

Bu cinayət hadisəsi ötən ilin payızında, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən xəstəxananın həyətində baş verib. İstintaq materiallarında yazılır ki, Elsevər xəstəxananın Laboratoriya şöbəsində tibb bacısı çalışan keçmiş arvadı Dilbər Namazovanın iş yerinə gedib. Bu vaxt onunla Dilbər arasında mübahisə yaranıb. Kişi 8 yaşlı qızını onunla görüşdürməməsini bəhanə edərək əlindəki balta ilə Dilbərin baş nahiyəsindən iki dəfə vurub. Beyninə qan sızan sonuncu 4 gün sonra xəstəxanada ölüb.

Elsevərə əməlinə görə xuliqanlıq niyyəti ilə adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham verilib.

O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Dilbərlə 12 il evli olublar, 2018-ci ildə boşanıblar. Birgə nikahdan 18 yaşlı oğlanları, 16 yaşlı qızları var. Hazırda uşaqlar ikisi də xalası ilə birgə yaşayır. Elsevər deyib ki, boşansalar belə keçmiş həyat yoldaşının bəzi hərəkətləri, xüsusilə iş yoldaşları ilə səmimi münasibəti onu narahat edib. Keçmiş qaynı və qayınanasının qızı ilə görüşməsinə əngəl olması da münasibətləri kəskinləşdirib: "Qızımla görüşməyimə imkan vermirdilər. Bir neçə dəfə elə bu məsələyə görə mübahisələrimiz yaranıb. Bunlara baxmayaraq, Dilbəri öldürmək niyyətim olmayıb. Hadisə günü baltanı çayxanada işlətməyə almışdım. Həmin gün əsəbi olduğum üçün təsadüfən xəstəxanaya balta ilə getmişdim. Düzdür, Dilbərə 1-2 zərbə ilə yüngül xəsarət yetirmişəm. Amma onun bu xəsarətlərdən deyil, başqa səbəbdən öldüyünü düşünürəm".

Hadisədən sonrakı 4 gündə müstəntiq xəstəxanada müalicə alan Dilbəri də dindirə bilib. Mərhum deyib ki, Elsevər hadisədən bir gün əvvəl də xəstəxanaya gəlib, onu öldürəcəyini bildirib: "Əvvəllər də məni ölümlə hədələyirdi. Baltanı da elə məqsədinə nail olmaq üçün xəstəxanaya gətirmişdi. Ona görə ikinci zərbədən sonra da dayanmaq istəmirdi. İş yoldaşlarım mane olmasaydı, məni yerindəcə öldürəcəkdi".

Dilbərin qardaşı da daha əvvəl Elsevərin bacısını və övladını öldürəcəyi barədə xəbər aldığını deyib. Onun sözlərinə görə, həmin gün kəndə gəlməyə çalışarkən bacısının baltalandığını eşidib.

Təqsirləndirilən şəxsin azyaşlı qızı hakim qarşında həssas ifadə verib, atasının hərəkətlərindən gileylənib: "Anam atamın əlindən elə cana yığılmışdı ki, hər dəfə aliment ödəməməsini, sadəcə həyatımızdan çıxmasını istəyirdi. Atam heç vaxt mənim təlim-tərbiyəmdə iştirak etməyib. Əksinə bizi narahat edirdi. Hətta bir neçə dəfə oxuduğum məktəbə gəlib sinif yoldaşlarımın yanında məni utandırmışdı. Buna görə son vaxtlar qorxumdan məktəbə də getmirdim. Anam son günlərdə xəstəxanada qaldı, amma mən onu görə bilmədim. Həkimlər demişdilər ki, anam yaxın adamları görəndə həyəcanlanır".

Məhkəmədə dindirilən digər şahidlər də ittihama uyğun ifadələr veriblər. Mərhumun ailəsi Elsevərin qanunla cəzalandırılmasını və vurulan maddi-mənəvi zərərin ödənilməsini tələb edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Ayşən Vəliyevanın hökmü ilə Elsevər Bağırov xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. 221-ci (xuliqanlıq) maddəsi üzrə ona bəraət verilib.

Bundan əlavə, müttəhim cinayət nəticəsində dəymiş maddi ziyana görə keçmiş həyat yoldaşının ailəsinə 10 min manat (dəfn, məzar daşı xərcləri və s.), mənəvi zərərə görə isə 20 min manat ödəməlidir. Elsevərlə Dilbərin hökmə qədər xalasının yanında qalan yetkinlik yaşına çatmayan qızının himayədarlığı məsələsi isə Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına həvalə olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2603   Tarix: 08 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021