Qiymət özbaşınalığı: Bazarda 2 manat 50 qəpik, dükanda isə 5 manat...
Son illər Azərbaycanda bir sıra məhsulların qiymətində davamlı artım müşahidə olunur. Xüsusilə ərzaq və gündəlik tələbat mallarının bahalaşması əhalinin sosial rifahına birbaşa təsir göstərir. Cəmiyyət arasında isə bu artımların süni şəkildə həyata keçirildiyinə dair fikirlər geniş yayılıb. Lakin məsələ göründüyündən daha mürəkkəbdir. Qiymət artımını yalnız pərakəndə satış məntəqələrinin fəaliyyəti ilə əlaqələndirmək əsas səbəbləri kölgədə qoyur.
Əksər vaxtlarda kiçik ərzaq və tərəvəz dükanları qiymət baxımından iri supermarketlərin qarşısında "at oynadır". Məsələn, "Qara Qarayev" metrostansiyasının yaxınlığındakı bazardakı qiymətlə o əraziyə yaxın dükanda tərəvəzlərin qiymətləri arasında xeyli fərq var. Qara Qarayev bazarında moruğun qiyməti 2,50 manat qəpikdirsə, tərəvəz dükanlarında bu rəqəm 4-5 manatdır. Eyni halı soyuq içkilər haqqında da demək olar. İri marketlərdə 1 litrlik "Coca-Cola" 1 manat 40 qəpikdirsə, kiçik dükanlarda 1 manat 80 qəpiyə satılır.
Bəs dükanların süni qiymət artımına qarşı konkret olaraq nə kimi inzibati cəzalar nəzərdə tutulur?
İqtisadçı-ekspert Natiq Cəfərli bu barədə Musavat.com-açıqlamasında bildirib ki, hazırda ölkədə süni qiymət artımı anlayışından danışmaq doğru deyil.
Onun sözlərinə görə, qiymətlər dövlət tərəfindən tənzimlənmədiyi üçün bu sahədə qiymətləri müəyyən edən əsas faktorlar bazardakı rəqabət mühiti və inhisarçılıqdır:
"Əslində, bizdə qiymətə dövlət müdaxilə etmir. Qiymətlər bazar iqtisadiyyatının prinsiplərinə əsasən formalaşır. Problem ondadır ki, bazarda rəqabət yoxdur və bəzi hallarda inhisarçı yanaşma müşahidə olunur. Bu da qiymətlərin artmasına səbəb olur".
Natiq Cəfərlinin fikrincə, qiymət artımı ilə bağlı pərakəndə satış məntəqələrində deyil, əsasən topdansatış şirkətləriylə bağlı araşdırmalar aparılmalıdır:
"Çünki pərakəndə satış subyekti istədiyi qiymətə məhsul sata bilər. Onun əsas öhdəliyi dövlətdən vergidən yayınmamaq və zərərli məhsulların satışına imkan verməməkdir. Qiymət formalaşdırmaq onun hüququdur. Əsas diqqət topdansatış seqmentinə yönəlməlidir. Ölkəyə mal gətirən şirkətlərə ciddi nəzarət olunmalıdır, çünki biz idxaldan çox asılıyıq. Məhz bu şirkətlər qiymət diktəsi həyata keçirməyə cəhd göstərirlər".
Ekspert hesab edir ki, bu sahədə effektiv nəzarət mexanizmləri qurulmasa, qiymətlərin artması davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara XƏBƏRDARLIQ EDİLDİ
Sabah çox güclü leysan yağacaq - hava PROQNOZU
Kürdə batan qız Azərbaycan çempionu imiş
Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADI
Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK - Deputat AÇIQLADI
Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN və polis qüvvələri cəlb olunub - FOTO+YENİLƏNİB
Pişiklər niyə gündə 16 saata qədər yatır? - Əsl səbəb
Gecə tez-tez oyanmağın əsas səbəbləri məlum oldu
Bazardan pomidor alanda yalnız rənginə baxmayın - ən dadlısını seçməyin sirri
DİQQƏT! Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ olub
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanda 3 uşaq anası ZƏHƏRLƏNİB ÖLDÜ
2 mindən çox insan toya gəldi - Bəylə gəlin başqası oldu