Geomaqnit qasırğası olacaq
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Qaynarinfo-ya bildirilib ki, Günəşin fəallığı artaraq, əsasən M sinif alışmalar qeydə alınıb. Yerə yönəlmiş tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 11 ləkə qrupunda 155 ləkə və cənub yarımkürəsində böyük tac dəliyi müşahidə olunur.
Günəş küləyinin maksimal sürəti saniyədə 839 kilometrədək artıb.
Hazırda Günəş küləyinin sürəti saniyədə 534 kilometrdir.
Günəş ləkəsi mərkəzi meridian yaxınlığında yerləşdiyindən və tac dəliklərinin də əlavə təsiri nəticəsində avqustun 8-10-da G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunub. Hazırda kosmik hava aktivdir.
Proqnoz günlərində (11-17 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.
Enerjisi 2 MeV-dən çox olan elektron və 10 MeV-dən çox enerji yüklü proton selinin avqustun 11-dən 13-dək yüksək səviyyədə olacağı gözlənilir.
Günəş küləyinin müsbət qütblü tac dəliyi axınlarının təsiri ilə sürətinin yenə də yüksək olacağı gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü tac dəliyi axınlarının təsiri ilə 11-13 avqustda G1 səviyyəli geomaqnit qasırğası, sonra isə 18 avqustadək qeyri-sabit və sakit səviyyələrdə olacağı proqnozlaşdırılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 453 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını
5 iyulAvropada ölüm saçan istilər: Qurbanların sayı artır
İyun ayında Fransa, Belçika və Niderland ərazisində müşahidə olunan anomal istilər nəticəsində 3 700-dən çox ölüm qeydə alınıb. xəbər verir ki, bu barədə "Reuters" rəsmi qurumların və tədqiqatçıların hesabatlarına əsaslanaraq məlumat yayıb. Mütəxəssislərin sözlərinə görə, iyunun 20-28-i aralığınd
5 iyulQiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyul