907-ci düzəlişin ləğvi Azərbaycana nə vəd edir?

907-ci düzəlişin ləğvi Azərbaycana nə vəd edir?"Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də 907-ci düzəlişin ləğvi oldu. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi. Beləliklə, 33 il sonra, Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügüdən düzəliş artıq qüvvədə deyil".

"Qafqazinfo" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz şərhində bildirib.

Onun sözlərinə görə, bu düzəlişin ləğvi Azərbaycan üçün yalnız strateji və siyasi əhəmiyyət daşımır, eyni zamanda iqtisadi aspektdən də vacib hesab olunur:

"Bu addım ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artıracaq. 2024-cü ildə Azərbaycan ABŞ-dən cəmi 20 milyon dollar yardım alıb. Həmin il Ermənistan 92 milyon dollar, Gürcüstan isə 180 milyon dollarlıq Vaşinqton yardımından faydalana bilib. Göründüyü kimi, ötən il Azərbaycanla müqayisədə Ermənistana 4.6 dəfə, Gürcüstana isə 9 dəfə çox ABŞ yardımı ayrılıb. 2024-cü ildə Ukrayna ABŞ-dən ən çox yardım alan dövlət olub. Rusiya ilə müharibə aparan ölkəyə il ərzində 16.4 milyard dollar ayrılıb. Efopiya, İordaniya, Somali və Konqo daha çox yardım alan ilk beşliyi tamamlayıblar. Azərbaycanın da artıq ABŞ yardımlarından daha böyük həcmdə faydalanacağı gözlənilir. Bu fərqli sektorlarda Vaşinqton yardımından istifadə imkanları deməkdir".

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı, bu düzəlişin ləğvinin Azərbaycan və ABŞ strateji tərəfdaşlığının güclənməsinə xüsusi təsirləri var:

"Aydındır ki, bu, artıq iki ölkə arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyindən xəbər verir. Eyni zamanda, düzəlişin ləğvi Azərbaycana ABŞ-dən daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Özəl şirkətlər də aktiv şəkildə sərmayə qoyuluşlarında maraqlı olacaqlar. Bu addım qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq və Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq.

Bu kontekstdən, düzəlişin ləğvi fonunda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Birləşmiş Ştatlar texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, Vaşinqtonun iqtisadi fəallığı deməkdir. Bütün bunlar ondan xəbər verir ki, 907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiq etməklə yanaşı, ölkəmizdə dayanıqlı iqtisadi inkişafa töhvə verəcək".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2348   Tarix: 11 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin

6 noyabr
.

Türk lirəsi tarixi minimuma düşdü

Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib

2 noyabr
.

Hotellərə yeni tələb qoyulur

Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis

5 noyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 6-na olan qiymətli metallar bazarında qızılın qiymətində yeni dinamika müşahidə olunur. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7034.7105 manat təşkil edir. Qramla satışda 99 əyyarlı 1 qram təmiz qızıl 226.17 manata təklif olunur. Digər əyyarlar üzr

6 noyabr
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

15 noyabr
.

Qızılın son qiymətləri bəlli oldu

11 noyabr tarixinə olan rəsmi göstəricilərə əsasən, Azərbaycanda qiymətli metalların, xüsusilə qızılın qiymətlərində dinamika diqqət çəkir. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının rəsmi qiyməti 6 877,44 manat, 1 qramının dəyəri isə 221,11 manat təşkil edir. Pərakəndə zərgərlik bazarınd

11 noyabr
.

Azərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb

Gələn il Azərbaycanda qaz hasilatının həcminin 48 milyard 523,7 milyon kubmetrə çatacağı nəzərdə tutulub. xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu göstərici 2026-cı il üçün nəzərdə tutulan proqnozla müqayisədə 0,2 % çoxdur. Ümumi həcmdən 35 milyar

12 noyabr
.

2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyn

11 noyabr
.

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib

Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu

2 noyabr