Rayonlardan Bakıya axın başladı - Səbəb nədir?
Əvvəlki illərlə müqayisədə bu yay rayonlardan Bakıya gələnlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Halbuki ötən illərdə yay tətili müddətində paytaxtda insan sıxlığı nisbətən azalırdı.
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq Sahib Altay bildirib ki, yay aylarında paytaxt sakinləri istirahət üçün rayonlara üz tutduğu kimi, bölgələrdə, xüsusilə kəndlərdə yaşayan insanlar da Bakıya gəlməyə üstünlük verirlər:
"Bakı, Azərbaycanda həm şəhər statusuna, həm də müasir şəhər görüntüsünə sahib yeganə məkandır.
Rayon və kənd sakinlərinin paytaxtı görmək, gəzmək arzusu hər zaman olub. Digər mühüm amil isə dənizdir – yay mövsümündə insanların burada toplaşmasının əsas səbəblərindən biri də məhz budur. Bu səbəbdən yay aylarında paytaxtda sıxlıq artır", - deyə sosioloq bildirib.
Sosioloqun sözlərinə görə, digər fəsillərdə Bakıya gələn, lakin paytaxtın sıxlığına dözə bilməyən bir çox insan geri qayıdır:
"Artıq Bakı yaşaması çətin bir şəhərə çevrilib. İnsan sıxlığı ciddi problemlər yaradır. Yaxın gələcəkdə bu vəziyyətdən çıxış yolu bölgələrdə infrastrukturun inkişaf etdirilməsi ola bilər", - deyə o, bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1679 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrMərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr