Məşhur reper konsertində körpəsi ilə gələn anaya etiraz etdi – sosial şəbəkədə müzakirələrə səbəb oldu

Məşhur reper konsertində körpəsi ilə gələn anaya etiraz etdi – sosial şəbəkədə müzakirələrə səbəb olduKolumbiyalı reper Maluma, Meksikoda verdiyi konsertə körpəsi ilə gələn bir anaya sərt reaksiya göstərib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 26 min tamaşaçının izlədiyi tədbirdə səhnədə mahnı ifa edən Maluma, körpəni fərq edərək musiqini dayandırıb və anaya "Bu çox məsuliyyətsizlikdir" deyə irad bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Maluma, körpənin yaşını soruşaraq belə deyib: "Bir yaşlı körpəni bu qədər yüksək səslə konsertə gətirmək doğrudurmu? O, burada nə etdiyini belə bilmir." Ardınca anadan körpənin qulaqlarını qorumasını istəyib: "Bu, sənin məsuliyyətindir."

Özünün də 1 yaşında Paris adlı qızı olan Maluma əlavə edib: "Mən ata olmuşam, belə bir şey heç vaxt etmərəm. Körpə burada olmaq istəmir, sən isə onu oyuncaq kimi yellədirsən" Konsertdə olan tamaşaçılar bu sözləri alqışlarla dəstəkləyib.

Lakin sosial şəbəkədə müzakirələr iki yerə bölünüb. Bir qrup istifadəçi Malumanın addımını alqışlasa da, bəziləri onun minlərlə insanın qarşısında ananı utandırmasını doğru hesab etməyib. Digərlər istifadəçilər isə körpəni konsertə gətirməyin yanlış olduğunu, əgər uşağa baxacaq kimsə yoxdursa, belə tədbirlərə getməməyin daha düzgün olduğunu qeyd ediblər.

Qeyd edək ki, Maluma hazırda Latın Amerikası, ABŞ və Avropanı əhatə edən "+Pretty +Dirty World Tour" qastrol turu çərçivəsində çıxışlarını davam etdirir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1363   Tarix: 11 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021