NDU-nu seçən bu tələbələr 800 manatadək aylıq təqaüd ala bilər
Naxçıvan Dövlət Universiteti (NDU) tələbələrinin akademik nailiyyətlərini yüksək qiymətləndirir, onların təhsil və sosial təminatına xüsusi önəm verir.
NDU-dan "Qafqazinfo"ya verilən məlumata görə, tələbəyönümlü təhsil siyasəti ilə seçilən universitetin inkişaf strategiyasında tələbələrin akademik uğurları, sosial rifahı və şəxsi inkişafı əsas prioritetlər sırasında yer alır.
Bu məqsədlə tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirak imkanları genişləndirilir, təqaüd və sosial dəstək mexanizmləri davamlı olaraq təkmilləşdirilir. Yüksək nəticə ilə NDU-ya qəbul olan tələbələr üçün isə xüsusi təqaüd proqramları tətbiq olunur. Belə ki, ən yüksək bal toplayan tələbələr aylıq 800 manatadək təqaüd imkanı əldə edirlər.
Bu məbləğə Prezident təqaüdü (350 manat), əlaçı təqaüdü (200 manat), həmçinin yüksək bal toplayan abituriyentlər üçün nəzərdə tutulan əlavə təqaüdlər daxildir. Eləcə də, universitetdə 650 və daha çox bal toplayan tələbələr 250 manat, 600-649 bal arası nəticə göstərən tələbələr isə 200 manat aylıq təqaüd ala bilərlər. Həmçinin 600-dən yuxarı bal toplayan tələbələr NDU-nun Tələbə Evindən ödənişsiz olaraq yararlanmaq imkanı əldə edirlər.
Ali təhsil ocağında Prezident təqaüdü ilə yanaşı, Heydər Əliyev, Zərifə Əliyeva, Əziz Səncər, Üzeyir Hacıbəyov və digər görkəmli şəxsiyyətlərin adını daşıyan, universitetin Elmi Şurası tərəfindən təsis edilmiş təqaüdlər də mövcuddur.
Eyni zamanda valideyn himayəsindən məhrum olan, şəhid ailəsi statusulu tələbələr üçün isə xüsusi təqaüd əlavələri nəzərdə tutulur. O cümlədən, uiversitetdə məqsədli təqaüdlər də var. 500 baldan yuxarı nəticə göstərib müəllimlik ixtisasını seçənlərə "Gələcəyin müəllimi" təqaüdü təqdim edilir. Həmçinin sahibkar təqaüdləri, hüquqşünaslıq, stomatologiya və bir neçə başqa ixtisaslarda təhsil alan tələbələr üçün də xüsusi təqaüdlər hər tədris ilində nəzərdə tutulur.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində ümumilikdə 42 fərqli təqaüd tələbələri gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 824 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrMərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr