Xərçəngin müalicəyə qarşı müqavimət mexanizmini "söndürmək" üsulu tapılıb

Xərçəngin müalicəyə qarşı müqavimət mexanizmini "söndürmək" üsulu tapılıbLondon Kral Kollecinin alimləri şişlərin kimyaterapiyaya qarşı davamlılıq mexanizmlərini məhv edə bilən KCL-HO-1i adlı preparat hazırlayıblar.

Sonxeber.az xəbər verir ki, Araşdırmanın nəticələri Science Translational Medicine jurnalında dərc olunub.

Kimyaterapiya xərçəngin əsas müalicə üsullarından biri olsa da, bir çox hallarda onun təsiri azalır. Səbəblərdən biri orqanizmin qoruyucu reaksiyasıdır. Xüsusi ağ qan hüceyrələri – makrofaqlar şişin içindəki qan damarlarının ətrafında baryer yaradaraq müalicəyə dəstək olan immun hüceyrələrinin ora daxil olmasına mane olur.

Tədqiqatçılar müəyyən ediblər ki, makrofaqlar hemo-oksigenaza-1 (HO-1) adlı zülal istehsal edir. Bu zülal şişi immun sisteminin təsirindən qoruyur və kimyaterapiyanın işini bloklayır. Yeni KCL-HO-1i preparatı məhz HO-1-i hədəfə alır.

"Biz KCL-HO-1i vasitəsilə xərçəngə təsir edərək faydalı immun hüceyrələrinin və kimyaterapiya preparatlarının təsirini gücləndirə bildik. Hətta kimyaterapiyaya davamlı şişlər laboratoriya modellərində müalicəyə cavab verməyə başladı", – deyə London Kral Kollecinin şiş immunologiyası qrupunun rəhbəri professor Ceyms Arnold bildirib.

Mütəxəssislərin sözlərinə görə, bir çox müalicə üsullarından fərqli olaraq, KCL-HO-1i xəstəxanada qalmağı tələb etmir, kimyaterapiya seansları arasında evdə tablet formasında qəbul edilə bilər. Bu isə preparatın müalicə planına əlavə yük yaratmadan daxil edilməsinə imkan verir.

Erkən preklinik sınaqlar zamanı süd vəzi xərçəngi modeli üzərində aparılan təcrübələr göstərib ki, KCL-HO-1i bir neçə geniş istifadə olunan kimyaterapiya növünə şişlərin həssaslığını artırıb. Alimlərin fikrincə, bu yanaşma müxtəlif xərçəng növlərinin müalicəsində və fərqli terapevtik sxemlərlə birlikdə tətbiq oluna bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 610   Tarix: 12 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr