Azərbaycandakı Amerika Ticarət Palatası Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sənədi alqışlayır
Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış tarixi sənədi məmnunluqla qarşılayır. Bu tarixi sənəd Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni bir mərhələnin başlanğıcını qoyur.
AmCham Azərbaycan hesab edir ki, bu mühüm razılaşma təkcə uzunmüddətli sülhün təmin olunmasına deyil, həm də ticarət, investisiya və dayanıqlı iqtisadi artım üçün daha əlverişli mühitin formalaşmasına töhfə verəcək. Palata bu addımı regional iqtisadi inteqrasiyanın gücləndirilməsi və beynəlxalq biznes əməkdaşlığı üçün yeni imkanların açılması baxımından mühüm hadisə kimi qiymətləndirir.
Bu münasibətlə AmCham Azərbaycan, sazişin əldə olunmasında göstərdiyi rol və verdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarına və ABŞ Prezidenti Donald J. Trampa dərin minnətdarlığını ifadə edir. Palata, ABŞ-ın regionda sülhün, sabitliyin və rifahın təşviqinə sadiqliyini yüksək qiymətləndirir.
Sülh və sabitlik iqtisadi inkişafın əsas təməl daşlarıdır. Bu tarixi saziş isə hər iki ölkə və bütün region üçün yeni imkanların qapısını açır. AmCham Azərbaycan bu uğurun əldə olunmasında beynəlxalq tərəfdaşların konstruktiv əməkdaşlığını yüksək dəyərləndirir.
Azərbaycanda müxtəlif sahələri təmsil edən 270-dən artıq üzv şirkəti birləşdirən aparıcı biznes assosiasiyası kimi AmCham Azərbaycan dialoqun inkişafına, tərəfdaşlıqların gücləndirilməsinə və dayanıqlı sülh ilə iqtisadi tərəqqiyə töhfə verən təşəbbüslərin dəstəklənməsinə sadiqdir.
AmCham Azərbaycan haqqında
1996-cı ildə yaradılmış Azərbaycandakı Amerika Ticarət Palatası ölkənin ən böyük və nüfuzlu biznes assosiasiyalarından biridir. 270-dən çox üzv şirkəti ilə AmCham, biznes icması, Azərbaycan hökuməti və beynəlxalq tərəfdaşlar arasında körpü rolunu oynayaraq əlverişli biznes mühitinin təşviqi və ABŞ–Azərbaycan iqtisadi münasibətlərinin inkişafı istiqamətində fəaliyyət göstərir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 735 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrMərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr