Kababçı Nusretin hesabından pul oğurlayan şəxs bu dəfə Hadisəni hədəf aldı
Daha əvvəl "Nusr-Et" restoranlar şəbəkəsinin sahibi Nusret Gökçənin hesabından saxta vəkalətnamə ilə 200 min lirə çıxaran İbrahim Aykut Büyümüştenin bu dəfə məşhur müğənni Hadisənin mal varlığını ələ keçirməyə cəhd etdiyi üzə çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Büyümüşten saxta elektron imza istifadə edərək hazırladığı saxta məhkəmə qərarı ilə özünü Hadisə Açıkgözün qəyyumu (vasisi) kimi göstərməyə çalışıb. O, əvvəlcə həyat yoldaşı həbsdə olduğu üçün ona qəyyum təyin edildiyi haqda Qaziantep 5-ci Sulh Hüquq Məhkəməsinin qərarını ələ keçirib, sənəddəki məhkumun adını dəyişdirərək Hadisənin adını yazıb. Daha sonra bu saxta sənədi elektron imza ilə təsdiqləyərək qanuni sənəd kimi təqdim edib.
Büyümüştenin məqsədi Hadisənin bank hesabları və daşınmaz əmlak üzərində sərəncam vermək səlahiyyətini ələ keçirmək idi. Lakin bank əməkdaşları sənədi araşdırarkən şübhəli məqamları görərək dərhal polisə müraciət ediblər.
Qaziantep 5-ci Sulh Hüquq Məhkəməsi, sənədi saxta şəkildə dəyişdirərək rəsmi qurumlara təqdim edən Büyümüşten haqqında prokurorluğa şikayət edib. Hadisə isə adının heç bir əlaqəsi olmadığı işdə istifadə edildiyini öyrəndikdən sonra şübhəli barəsində rəsmi şikayət verib.
Hadisənin vəkili Orxan Erol Müəzzinoğlu, "Hadisə xanım bir şəbəkənin qurbanı olub" deyərək hüquqi prosesin diqqətlə izlənildiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1037 Tarix: 13 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabr