KİV: Tramp deyib ki, Putin bütün Donbasa nəzarəti ələ keçirmək istəyir

KİV: Tramp deyib ki, Putin bütün Donbasa nəzarəti ələ keçirmək istəyirABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərinin bütün ərazisindən çıxarılmasını tələb etməkdə davam edir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

"Tramp telefon danışığı zamanı bildirib ki, Putinin mövqeyi dəyişməyib – o, hələ də Kiyevdən ölkənin şərqindəki Donbasın bütün ərazisinə nəzarəti buraxmasını istəyir", - məlumatda deyilir.

Agentlik yazır ki, Zelenski Moskva qüvvələrinin qismən nəzarət etdiyi Donetsk və Luqanskdan imtina etmək imkanını dəfələrlə istisna edib.

Mənbələrin bildirdiyinə görə, Rusiya Zaporojya və Xerson vilayətlərinin hazırda nəzarətində olmayan hissələrinə iddialarını dayandırmağa, oradakı cəbhə xəttini faktiki olaraq dondurmağa hazırdır.

Bildirilir ki, Tramp liderlərə Ukraynanın təhlükəsizliyinin NATO-ya aidiyyatı olmadığı təqdirdə onun təminatına kömək etməyə hazır olduğunu bildirib və Putinin bununla razılaşacağını təklif edib.

Həmçinin qeyd edilir ki, bəzi Avropa rəsmiləri Trampın indi Zelenskiyə razılaşma əldə etmək üçün ərazi güzəştlərinə getməsi üçün təzyiq edəcəyindən narahatdır.

Qeyd edək ki, Putinlə danışıqlardan sonra Tramp əvvəlcə Zelenski ilə, daha sonra onunla və Avropa liderləri ilə söhbət edib. Söhbətin təfərrüatları barədə Avropa Komissiyası məlumat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 716   Tarix: 16 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi

Rusiya istintaq orqanları terrorçuluğa bəraət qazandırmaqda və xarici agent fəaliyyəti qaydasını iki dəfə pozmaqda ittiham olunaraq qiyabi həbs edilən tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib. xəbər verir ki, bu barədə TASS onunla bağlı cinayət işinin materiallarına istinadən məluma

23 may
.

ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq

ABŞ-nin milli kəşfiyyatının direktoru Tulsi Qabbard vəzifəsindən ayrılmazdan əvvəl bir neçə səs-küylü araşdırmanın nəticələrini açıqlamaq niyyətindədir. "Report"un məlumatına görə, bu barədə "The Daily Wire" mənbələrə istinadən xəbər verib. Məlumata görə, Qabbard Rusiyanın 2016 v

23 may
.

Britaniyada ölümcül qan xərçəngi diaqnozu qoyulan kişi yeddi ildən sonra həqiqəti öyrəndi

Britaniyada ailə başçısı olan kişi əslində mövcud olmayan sağalmaz xərçəngdən yeddi il ağır müalicə alıb. -ın xəbərinə görə, bu barədə "Mirror" nəşri yazıb. Məlumata görə, 41 yaşlı Saymon Pirson adlı şəxsə nadir qan xərçəngi növü və genetik xəstəlik diaqnozu qoyulub, amma sonradan onun sağla

23 may
.

Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə

Qurban bayramına sayılı günlər qalmış bəzi ölkələrdə dini qaydalara uyğun qurban kəsiminə tətbiq edilən məhdudiyyətlər yenidən gündəmə gəlib. -a istinadən xəbər verir ki, heyvan rifahı qanunları, ictimai asayiş və iqtisadi səbəblərlə müxtəlif tətbiqlərin həyata keçirildiyi bəzi ölkələrdə qurban kəsim

23 may
.

Türkiyədə rusiyalı turistlərin olduğu avtobus qəzaya uğradı: Çoxlu sayda yaralı var

Türkiyənin Antalya əyalətində rusiyalı turistləri daşıyan tur avtobusu qəzaya uğrayıb, nəticədə 14 nəfər xəsarət alıb. -ın REN TV-yə istinadən verdiyi məlumata görə, qəza mayın 23-də Beldibi kurort şəhərində baş verib. Agentliyin mənbəsi bildirib ki, turistləri daşıyan avtobus maneəyə çırpılıb və nəticəd

23 may
.

Süni yumurtadan canlı cücə çıxdı: Alimlər nəhəng moa quşunu geri qaytarmaq istəyir

Elm dünyasında diqqət çəkən yenilik baş verib. Qaynarinfo xəbər verir ki, ABŞ-ın "Colossal Biosciences" biotexnologiya şirkəti süni yumurta sistemi vasitəsilə canlı cücə çıxarmağa nail olduğunu açıqlayıb. Şirkətin açıqlamasına görə, embrionun inkişafı üçün lazım olan şəraiti təmin edən xüsus

22 may
.

Aya gedən "gizli yol" tapıldı

Beynəlxalq alimlər qrupu Yerlə Ay arasında kosmik missiyaların enerji sərfini azalda biləcək yeni orbital trayektoriya müəyyən etdiklərini bildiriblər. "Qafqazinfo" xəbər verir ki, astrodinamika sahəsində aparılan araşdırmaya görə, yeni model kompüter simulyasiyaları vasitəsilə 30 milyon fərql

22 may
.

Pompeydə 2000 əvvəl vulkan püskürməsi zamanı həlak olmuş həkimin qalıqları tapıldı

Arxeoloqlar ehtimal edirlər ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olan qədim Roma şəhəri Pompeydə tapılan insan qalıqlarından biri həkim ola bilər. Bu qənaət onun yanında aşkar edilən əşyaların təhlilindən sonra irəli sürülüb. Qaynarinfo xəbər verir ki, bu barədə "Th

20 may
.

Çində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatdı

Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib. Qaynarinfo-nun məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib. Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsin

23 may