KİV: Tramp Ukraynanın ərazi güzəştlərini müharibəni bitirmək üçün vacib hesab edir
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün ərazilərin mübadiləsi ideyasına qayıdır.
"Report"un məlumatına görə, bu barədə iki yüksək rütbəli avropalı məmura istinadən "The New York Times" qəzeti yazıb.
Mənbələrin məlumatına görə, Alyaskada Putinlə görüşdən sonra Ağ Ev rəhbəri Avropa İttifaqı (Aİ) liderlərinə sülh sazişinin bağlanması üçün rus qoşunlarının nəzarətində olmayan ərazilərin Ukraynaya verilməsi planını dəstəklədiyini bildirib. Halbuki o, əvvəllər Moskvadan dərhal atəşkəs tələb edəcəyini bildirmişdi.
"ABŞ Prezidenti hesab edir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski Donbas regionunun qalan hissəsini, hətta Rusiya qoşunları tərəfindən işğal olunmayan əraziləri belə Rusiyaya verməyə razılaşarsa, sülh sazişi tezliklə bağlana bilər", – məqalədə bildirilir.
Vurğulanır ki, ABŞ Prezidentinin son bəyanatları onun ötən həftə avropalı müttəfiqləri ilə razılaşdığı bir çox şeyin rədd edilməsidir.
Rəsmilərin bildirdiyinə görə, Tramp bazar ertəsi planı müzakirə etmək üçün Avropa liderlərini və Zelenskini Ağ Evə dəvət edib.
Zelenski və Avropa liderləri mühüm müdafiə xətləri və mineral sərvətləri ehtiva edən işğal olunmamış torpaqların belə verilməsinə qəti şəkildə qarşı çıxıblar. Ukrayna rəsmiləri bildiriblər ki, yekun razılaşmaya Kiyevin Ukraynanın hər hansı suveren ərazisinin daimi olaraq verilməsinə razılıq daxil ola bilməz. Çünki bu, ölkənin konstitusiyasını pozacaq.
Mənbələr bildiriblər ki, Putin cavab olaraq Ukraynanın qalan hissəsində hazırkı döyüş xəttində atəşkəs təklif edib və Ukraynaya və ya heç bir Avropa ölkəsinə bir daha hücum etməyəcəyinə dair yazılı söz verib. Onlar Trampın diqqətinə çatdırıblar ki, Putin tez-tez yazılı öhdəliklərini pozub.
Ukraynanın öz ərazisi ilə bağlı qərarlar verəcəyini vurğulayan rəsmilər beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməməsinin lazım olduğunu vurğulayıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 597 Tarix: 17 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada ölüm saçan istilər: Qurbanların sayı artır
İyun ayında Fransa, Belçika və Niderland ərazisində müşahidə olunan anomal istilər nəticəsində 3 700-dən çox ölüm qeydə alınıb. xəbər verir ki, bu barədə "Reuters" rəsmi qurumların və tədqiqatçıların hesabatlarına əsaslanaraq məlumat yayıb. Mütəxəssislərin sözlərinə görə, iyunun 20-28-i aralığınd
5 iyulTusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır
Kiyev Varşava ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmalıdır. "Report" Polşa mediasına istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bugünkü mətbuat konfransında deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UP
5 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyulEstoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb
Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk
5 iyulABŞ-də atışma baş verib: Xəsarət alanlar var
Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind
5 iyulRusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyul