Ukrayna XİN: Rusiya müharibəni bitirmək istəyinin heç bir əlamətini nümayiş etdirə bilməyib
Ukrayna xarici işlər naziri Andrey Sıbiha ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, ukraynalı nazir bu barədə "X"dəki hesabında yazıb.
"Mən nazir Fidana son danışıqların mahiyyəti və gələcək addımlarımız barədə məlumat verdim. Prezidentlər Volodimir Zelenski və Donald Tramp arasında bazar ertəsi keçiriləcək görüş çox əhəmiyyətli olacaq. Biz Ukrayna-ABŞ-Rusiya görüşünün ən qısa zamanda ən yüksək səviyyədə təşkili səylərini dəstəkləyirik. İndiyədək Rusiya müharibəni bitirmək istəyinin heç bir real əlamətini nümayiş etdirə bilməyib. Rusiyalıların hücumları və zərbələri davam edir", - o bildirib.
Nazir qeyd edib ki, Ukrayna Türkiyənin onun suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi, eləcə də sülh səylərindəki mühüm rolunu yüksək qiymətləndirir: "Müharibə zamanı Türkiyə sülhün əldə edilməsinə yönəlmiş görüşlər üçün mühüm platforma olub".
Qeyd edək ki, bundan əvvəl H.Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 530 Tarix: 17 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Rusiya istintaq orqanları terrorçuluğa bəraət qazandırmaqda və xarici agent fəaliyyəti qaydasını iki dəfə pozmaqda ittiham olunaraq qiyabi həbs edilən tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib. xəbər verir ki, bu barədə TASS onunla bağlı cinayət işinin materiallarına istinadən məluma
23 mayQurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Qurban bayramına sayılı günlər qalmış bəzi ölkələrdə dini qaydalara uyğun qurban kəsiminə tətbiq edilən məhdudiyyətlər yenidən gündəmə gəlib. -a istinadən xəbər verir ki, heyvan rifahı qanunları, ictimai asayiş və iqtisadi səbəblərlə müxtəlif tətbiqlərin həyata keçirildiyi bəzi ölkələrdə qurban kəsim
23 mayAya gedən "gizli yol" tapıldı
Beynəlxalq alimlər qrupu Yerlə Ay arasında kosmik missiyaların enerji sərfini azalda biləcək yeni orbital trayektoriya müəyyən etdiklərini bildiriblər. "Qafqazinfo" xəbər verir ki, astrodinamika sahəsində aparılan araşdırmaya görə, yeni model kompüter simulyasiyaları vasitəsilə 30 milyon fərql
22 mayÇində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatdı
Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib. Qaynarinfo-nun məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib. Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsin
23 may