"Əgər Moskva bu prinsipləri qəbul etmirsə, onun siyasəti öz-özünü iflasa aparacaq" - AÇIQLAMA
"Rusiya tərəfindən soydaşlarımız üzərində aparılan reydlər əslində təsadüfi deyil, bu, açıq-aşkar siyasi təzyiq vasitəsidir. Moskva yaxşı bilir ki, Azərbaycanda yaşayan milyonlarla insanın Rusiya ilə humanitar bağları var və bu amildən şantaj üçün istifadə edir. Belə addımlar dövlətlərarası münasibətlərin əsasını təşkil edən etimadı ciddi şəkildə sarsıdır. Əslində, Rusiya illərdir bu üsula əl atır: nə vaxt Bakı müstəqil mövqe sərgiləyirsə, dərhal soydaşlarımız hədəfə alınır. Bu, Kremlin klassik təzyiq mexanizmidir".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycanın Rusiyaya açıq mesajıdır ki, biz bərabərhüquqlu tərəfdaşıq, təhdid və reyd siyasəti yolverilməzdir:
"Amma unudurlar ki, XXI əsrdə bu cür köhnə sovet üsulları artıq işləmir. Azərbaycan cəmiyyəti də, dövləti də kifayət qədər yetkindir ki, belə təzyiqlərlə yolundan döndərilməsin. Əksinə, bu siyasət Moskvanın nüfuzunu daha da zəiflədir. Rusiya unutmamalıdır ki, əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmalıdır, soydaşlarımız üzərindən şantaj isə yalnız münasibətləri gərginləşdirir.
Azərbaycanın Rusiyaya açıq mesajıdır ki, biz bərabərhüquqlu tərəfdaşıq, təhdid və reyd siyasəti yolverilməzdir. Diplomatik müstəvidə Bakı beynəlxalq platformalarda bu məsələni gündəmə gətirməlidir. Həmçinin iqtisadi əməkdaşlıqda alternativlərin gücləndirilməsi – Türkiyə, Avropa, Orta Asiya istiqamətində inteqrasiyanın dərinləşdirilməsi – Moskvanın təzyiq imkanlarını azaldacaq.
Siyasi baxımdan isə Azərbaycan öz müstəqil kursunu daha da möhkəmləndirir, heç bir halda Rusiyanın diktəsinə uyğun addımlar atılmır. Çünki hər güzəşt sabah yeni təzyiqlərin başlanğıcı deməkdir. Rusiya–Azərbaycan münasibətlərinin sabitliyi yalnız qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquqa sadiqliklə təmin edilə bilər. Əgər Moskva bu prinsipləri qəbul etmirsə, onun siyasəti öz-özünü iflasa aparacaq".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO