Fahriye Evcen və Burak Özçivit cütlüyündən şiddət iddialara cavab: "Hüquqi tədbirlər görüləcək"

Fahriye Evcen və Burak Özçivit cütlüyündən şiddət iddialara cavab: "Hüquqi tədbirlər görüləcək"Məşhur cütlük Fahriye Evcen və Burak Özçivit, evliliklərində problem yaşadıqları və şiddət iddiaları ilə bağlı sosial şəbəkə üzərindən açıqlama yayımlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, cütlük çıxan xəbərləri yalanlayaraq, bu iddialar səbəbilə hüquqi addımlar atacaqlarını bildirib.

Şiddət iddialarının əsassız olduğunu vurğulayan Evcen və Özçivit, yayılan xəbərlərin onları dərindən üzdüyünü və məsələ ilə bağlı məhkəmə yoluna müraciət edəcəklərini açıqlayıb.

İddiaların başlanğıcı

"Çalıkuşu" serialının çəkiliş meydanında tanış olub evlənən cütlük, 2017-ci ildən bəri "nümunəvi ailə" kimi tanınıb. Lakin son illərdə sosial mediada birlikdə paylaşım etməmələri və müxtəlif davranışları evliliklərində problemlər olduğu barədə söz-söhbətlərə səbəb olub.

Bir neçə gün öncə Fahriye Evcen-in Instagram hesabından "Özçivit" soyadını silməsi, boşanma iddialarını yenidən gündəmə gətirib. Bu dəyişiklik qısa müddətdə sosial mediada müzakirə olunub və "ayrılırlar?" sualları ortaya çıxıb.

Daha sonra aktrisa soyadını yenidən profilinə əlavə edib. Ardınca cütlük birlikdə çəkildikləri səmimi fotonu paylaşaraq "hər şey qaydasındadır" mesajı verib.

Yeni iddialar və reaksiyalar

Bütün bunlardan sonra isə "Beyaz Magazin" proqramında cütlüyün evində şiddətli mübahisə yaşandığı, səs-küyün qonşular tərəfindən eşidildiyi, münaqişənin tətil zamanı da davam etdiyi iddia olunub. Sosial mediada Evcen-in profilində etdiyi dəyişikliklərin də bu gərginliyin əks-sədası olduğu irəli sürülüb.

Xəbərin yayılmasının ardından sosial mediada müxtəlif reaksiyalar gəlib. İzləyicilərin bir qismi cütlüyü müdafiə edib, digərləri isə iddiaların doğruluğunu sorğulayıb.

Cütlükdən sərt açıqlama

Artan müzakirələrə cavab olaraq Evcen və Özçivit sosial mediada yazılı açıqlama yayımlayıb:

"Ailə həyatına, ailə institutuna bir az hörmətiniz olsun. İddia adı altında bizə, ailəmizə yönəlik yayılan bu əsassız xəbərlərlə bizi yıpratma cəhdləri davam edərsə, məsul şəxslər haqqında hüquqi proses başlanacaqdır."


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1350   Tarix: 21 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evində narkotik maddə, spirtli içki şüşələri aşkarlanıb - Fotolar

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç vəfat edib. Axşam.az-ın məlumatına görə, 51 yaşlı aktyorun ölümü ilə bağlı aparılan ilkin istintaq araşdırmaları zamanı evindən narkotik maddə tapılıb. Mənzildə həmçinin spirtli içki şüşələri və siqaret bükmək üçün istifadə edilə

6 sentyabr
.

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ

6 sentyabr
.

Ayseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad

5 sentyabr
.

Bülent Ersoyun estetik əməliyyatdan sonrakı görünüşü gündəm oldu: "Mənə abla deməyin"

Türkiyənin məşhur sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü və diqqətçəkən açıqlaması ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Ersoyun Kuşadasında baş tutan konserti zamanı yaşanan hadisə də geniş müzakirələrə səbəb olmuşdu. Səhnəy

7 sentyabr
.

Gülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı

Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"

14 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr