Epşteynin köməkçisi: "Tramp hər cəhətdən alicənab idi"
Yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda ifşa edilmiş amerikalı maliyyəçi Cefri Epşteynin köməkçisi Qisleyn Maksvell dindirmə zamanı ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarına deyib ki, Birləşmiş Ştatların indiki lideri Donald Tramp tərəfindən heç vaxt hər hansı bir nalayiq davranış görməyib.
Oxu.Az bu barədə "The Washington Post" qəzetinə istinadla xəbər verir.
"Mən prezidenti heç vaxt uyğun olmayan şəraitdə görməmişəm. Onun yanında olduğum bütün müddət ərzində prezident heç vaxt heç kimlə nalayiq şəkildə davranmayıb. O, hər cəhətdən alicənab idi", - deyə o vurğulayıb.
Hazırda həbsdə olan Maksvell bildirib:
"Prezident Tramp həmişə mənə qarşı çox səmimi və mehriban olub".
Qeyd edək ki, Maksvellin dindirilməsi iyul ayında keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Nyu-York məhkəməsi Böyük Britaniya vətəndaşı olan Maksvelli yetkinlik yaşına çatmayanların cinsi istismarına görə 20 il həbs cəzasına məhkum edib. Britaniyalı qadın Epşteynlə yaxın münasibətdə olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 453 Tarix: 23 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Qurban bayramına sayılı günlər qalmış bəzi ölkələrdə dini qaydalara uyğun qurban kəsiminə tətbiq edilən məhdudiyyətlər yenidən gündəmə gəlib. -a istinadən xəbər verir ki, heyvan rifahı qanunları, ictimai asayiş və iqtisadi səbəblərlə müxtəlif tətbiqlərin həyata keçirildiyi bəzi ölkələrdə qurban kəsim
23 may"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar
Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb. "Qafqazinfo" AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilə
22 mayKİV: ABŞ yaxın günlərdə İrana hücuma hazırlaşır
ABŞ Administrasiyası, xüsusən də Pentaqon və kəşfiyyat orqanlarının nümayəndələri qarşıdakı üç gün ərzində İrana qarşı hərbi əməliyyatların bərpa olunmasına hazırlıq görürlər. xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, bəzi ABŞ hərbi və kəşfiyyat rəsmilər
23 may"Green card" qaydalarında dəyişiklik edildi
ABŞ "Green card" qaydalarında dəyişikliklər edib. xəbər verir ki, bununla bağlı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb. Belə ki, artıq ABŞ ərazisində olan zaman "Green card" üçün müraciət etmək mümkün olmayacaq. Tramp administrasiyası bu ölkədə olan və "Gree
23 maySuda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar
ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə
21 may