"Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq və mədəni yaxınlığın yeni dövrü başlayır" - Deputat

"Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq və mədəni yaxınlığın yeni dövrü başlayır" - Deputat"Avqustun 22-də Prezident İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfər etmişdir. Cənab prezident İlham Əliyevin vurğuladığı kimi bu onun Avaza şəhərinə ikinci səfəridir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat vurğulayıb ki, Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır:

"Səfər zamanı imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. Türkmənistanla mövqelərimiz hər zaman üst-üstə düşür. Bilirsiniz ki, cənab prezident İlham Əliyevin dəvəti ilə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə idi. İki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bir çox məsələlər müzakirə edildi. Mövqelərimiz də üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək"

Deputat söyləyib ki, Türkmənistan Qarabağda məscid inşa edəcək:

"Füzulidə olarkən bilirsiniz ki, Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür. Hazırda Özbəkistanın inşa etdiyi tikiş fabriki Xankəndində fəaliyyət göstərir. Bu gün orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük.Artıq orada yüzlərlə gənc qarabağlı oxuyur".

Deputat qeyd edib ki, Azərbaycan və Türkmən xalqları əsrlər boyu ortaq tarixi köklərə, zəngin mədəniyyətə, oxşar adət-ənənələrə, dil və mənəvi dəyərlərə sahib olmuş xalqlardır:

"Azərbaycan və Türkmən xalqları arasındakı dərin tarixi bağlar təkcə dil və mədəni yaxınlıqla məhdudlaşmır, həm də qardaşlıq münasibətləri, qarşılıqlı hörmət və dostluq ənənələri ilə möhkəmlənir. Qədimdən Xəzər dənizinin iki sahilində yaşayan bu xalqlar eyni mədəni mühitin daşıyıcıları olmuşdur. Ortaq türk kimliyi həm milli yaddaşda, həm də gələcək hədəflərdə xüsusi yer tutur. Bu gün Azərbaycan–Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın qardaşlıq bağlarının təbii nəticəsi, ortaq tariximizin yeni mərhələdə davamıdır.

Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin iştirakı ilə üçtərəfli yüksək səviyyəli görüş keçirilmişdir. Prezident İlham Əliyev türk dünyasında mövcud mədəni və siyasi yaxınlığı xüsusi vurğulamış, görüşü "tarixi əməkdaşlığın yeni mərhələsi" kimi dəyərləndirmişdir. Üçtərəfli formatda əməkdaşlıq Mərkəzi Asiya üçün yeni səhifədir. Azərbaycan qazandığı böyük beynəlxalq nüfuz və regionda yaratdığı yeni reallıqlarla artıq Mərkəzi Asiya+Cənubi Qafqaz formatlarının vahid şəkildə təqdim olunması kimi xarakterizə olunur.

Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq və mədəni yaxınlığın yeni dövrü başlayır. Füzuli və Arxadağ şəhərləri arasında qurulan qardaşlıq əlaqələri, habelə Türkmənistanın Füzulidə məscid inşa etmək təşəbbüsü bunun bariz nümunəsidir. Məscidin azad olunmuş ərazilərimizdə inşası isə qardaş ölkənin yenidənqurma işlərinə dəstəyini ifadə edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 622   Tarix: 25 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr