"Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi hadisə kimi yadda qaldı" - DEPUTAT
21 avqust 2025-ci ildə Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi hadisə kimi yadda qaldı. Bu səfər həm Böyük Qayıdış Proqramının ardıcıl şəkildə həyata keçirilməsinin göstəricisi, həm də dövlətimizin işğaldan azad edilmiş torpaqların bərpasına verdiyi önəmin bariz nümunəsi oldu.
Ölkə Prezidenti Kəlbəcər şəhərinin sakinləri ilə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim etdi. Dövlət başçısının sözlərinə görə, artıq şəhərdə birinci yaşayış kompleksi istifadəyə verilib, bu gün isə üçüncü və dördüncü yaşayış komplekslərinin təməli qoyuldu. Yaxın illərdə 10 mindən çox kəlbəcərli müasir şəraitli evlərdə yaşayacaq. Məktəb, infrastruktur, elektrik, qaz və su təchizatı da tam təmin olunub.
Səfər çərçivəsində "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" Kiçik Su Elektrik Stansiyaları istifadəyə verildi. "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası"nın açılışı kənd təsərrüfatı və ekoloji turizm sahəsində yeni imkanlar açacaq. Kəlbəcər şəhər parkının təməli qoyuldu ki, bu da şəhərin müasir simasının formalaşmasına mühüm töhfədir.
Möhtərəm Cənab Prezident İlham Əliyev kəlbəcərlilərə müraciətində Azərbaycanın 32 il davam edən həsrəti sonlandırdığını vurğuladı: "Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik. Azərbaycan xalqı öz doğma torpağına qayıdıb və bu qayıdış əbədidir."
Dövlət başçımız həmçinin Kəlbəcərin işğalının tarixi səbəblərini açıqladı, o vaxtkı hakimiyyətin xəyanətkar siyasətini xatırladaraq, işğalın Azərbaycan üçün hansı strateji fəsadlar doğurduğunu qeyd etdi. Bununla yanaşı, xalqın iradəsi, dövlətin gücü və qəhrəman Ordumuzun rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanıldığını diqqətə çatdırdı.
Cənab Prezident çıxışında vurğuladı ki, 2020-ci ilin noyabrında müharibənin dayandırılması düzgün addım idi. 2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı isə separatizmin kökünü kəsdi və Azərbaycan tam suverenliyini bərpa etdi. Bu gün Ermənistanla imzalanmış sənədlər ölkəmizin maraqlarını tam təmin edir və bölgədə sülhün əsas təminatçısı məhz Azərbaycandır.
Kəlbəcərin bir vaxtlar erməni vandalizminin qurbanı olduğunu xatırladan dövlət başçısı dedi ki, işğal illərində bütün şəhər və kəndlər, məscidlər dağıdılıb, ətraf mühitə böyük zərbələr vurulub. Bu gün isə Azərbaycan dövləti həmin torpaqlarda həyat qurur, yeni məktəblər, evlər, sosial obyektlər inşa edir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: "Onlar dağıdıblar, biz isə qururuq və yaradırıq."
Bu səfər bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşını doğma yurd-yuvasına qaytarmaqda qətiyyətlidir. Kəlbəcər milli qürur və iradənin rəmzidir. Dövlətimizin başçısının liderliyi, xalqımızın birliyi nəticəsində Böyük Qayıdış davam edir və bu torpaqlarda həyat yenidən canlanır.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Dəhşətli bir qış gəlir - Havalar...
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Nazir şöbə müdiri təyin etdi