20 yaşlı gənc mübahisə etdiyi anasını odlu silahla öldürdü

20 yaşlı gənc mübahisə etdiyi anasını odlu silahla öldürdüİstanbulun Sultangazi rayonunda, Çiğdem Kınay (45) naməlum səbəbdən oğlu Azad Kınay (20) ilə mübahisə etdikdən sonra odlu silahla vurularaq öldürülüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ananın meyiti morqa aparılıb, polis isə qaçan Azad Kınayı tutmaq üçün əməliyyat başladıb.

Məlumata görə, beşinci mərtəbədə yaşayan Çiğdem Kınay və oğlu Azad Kınay arasında mübahisə alovlanıb. Mübahisə zamanı Azad Kınay anasına odlu silahla atəş açıb. Qadın yerə qanlar içində yıxılıb, oğlu isə evdən qaçıb. Bina sakinləri dərhal polis və təcili tibbi yardım briqadalarına xəbər veriblər.

Gələn tibbi heyət qadının həyatını itirdiyini müəyyən edib. Polis evdə ətraflı araşdırma aparıb, bina sakinlərindən məlumat toplayıb və ətrafdakı kameraları yoxlayıb. Hadisəni eşidərək hadisə yerinə gələn Kınay ailəsi isə sarsıntı keçirib.

Polis əməkdaşlarının araşdırmasından sonra Çiğdem Kınayın meyiti Yenibosna Adli Tibb Qurumuna aparılıb.

Sultangazi Rayon Polis İdarəsi və İstanbul Polis İdarəsi Cinayət Araşdırmaları Şöbəsi Azad Kınayı tutmaq üçün əməliyyat aparır. Hadisə ilə bağlı istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1915   Tarix: 25 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind

12 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr