Maşını zədələnən vətəndaş servislə mübahisədə: "Təhvil vermirlər, əlavə pul istəyirlər" - ŞİKAYƏT
Azərbaycanda avtomobil sahibləri arasında yaranan narazılıq məsələsi gündəmə gəlib. "Turbo.az" platforması vasitəsilə maşın alan və kredit ödənişlərini davam etdirən Neftçala vətəndaşı Hüseyin Mövsümova aid avtomobil, keçən ay zədələndikdən sonra sığorta şərtlərinə uyğun təmir üçün servisinə aparılıb. Lakin maşının hazır olduğunu bildirmələrinə baxmayaraq, əlavə 880 manat ödəniş etmədiyi üçün təhvil verilməyəcəyi bildirilib. Sığorta və servis arasındakı bu anlaşılmazlıq maşının sahibini ciddi çətin vəziyyətə salıb və mövzu ictimai diqqət mərkəzinə düşüb.
Zərərçəkmiş Hüseyin Mövsümov Sonxeber.az -a açıqlamasında bildirib ki, hazırda servis onun maşınını geri qaytarmır:
"Maşını Turbo.az -dan tapdım. Elanda qeyd edilən ünvana getdim. Rəfail Feliks oğluna 2500 manat ilkin ödəniş edib maşını kreditlə aldım. 5 ay boyunca hər ay 500 manat kredit ödəmişəm. Keçən ayın 14-də maşınımı əzdilər. Qaradağ postuna gəldikdə salona məlumat verdim və bildirdim ki, maşın arxadan yüngülcə əzilib, amma problem yoxdur, zərəri sığorta qarşılayacaq.
Mənə dedilər ki, maşın mütləq onların servisinə aparılmalıdır. Mən rayonda özüm təmir etdirə biləcəyimi söylədim, amma razılaşmadılar və maşını servisinə aparmalı oldum. Maşın servisinə daxil olanda 50 manat ödəmişəm və bildirdilər ki, 15 gün sonra təmir ediləcək.
Bir neçə gün sonra maşının vəziyyətini öyrənmək üçün zəng etdim. Mənə dedilər ki, sığortanı gözləyirlər. Lakin müəyyən müddət keçdikdən sonra indi zəng edir, bildirirlər ki, maşın hazırdır, amma 880 manat ödəməsəm təhvil verilməyəcək. Mən bu məbləği ödəyə bilmirəm, çünki taksi ilə dolanıram. Razılaşmadığım üçün məni blok ediblər".
Sözügedən servisin əməkdaşları ilə əlaqə saxladıq. Lakin bizə gülərək "Biz maşın yox, qoyun satırıq" cavabını verdilər. Daha sonra isə təhqiramiz ifadələr işlədib bizi də blok etdilər.
Qeyd edək ki, Hüseyin Mövsümov məsələ ilə bağlı polisə müraciət etsə də, hələki heç bir cavab almayıb. 
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb