Qalmaqallı kosmetoloqla bağlı məhkəmə qərarı
Nərimanov Rayon Məhkəməsi bu il iyunun 25-də kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində ekspertiza təyin edib.
Sonxeber.az Teleqraf-a istinadla xəbər verir ki, ekspertiza "Nitq fəaliyyəti məhsullarının tədqiqi" ilə bağlı olub.
Ekspertiza Elnarə Rzayeva tərəfindən sosial şəbəkədə Rüfət Nigar Rüfət qızı barədə təhqiramiz ifadələrini araşdırıb.
Aparılan tədqiqat bu nəticəyə gəlib ki, Elnarə Rzayeva tərəfindən "dr.elnaraest" adlı profildə paylaşılmış yazılarda qarşı tərəfin əməllərində cinayət hallarının təsvirinə yönəlmiş məlumatlar, həmin şəxslərin insanlara qarşı Çin istehsalı olan zəhərli dərmanlar tətbiq etdikləri, süni gellər vuraraq şikəst etdikləri, haram (qanunsuz) pullar qazandıqları, E.Rzayevanı öldürmək istədikləri öz təsdiqini tapmadığı təqdirdə böhtan xarakterli məlumatlar kimi qiymətləndirilə bilər.
Həmin məlumatların həqiqiliyinin müəyyən edilməsi isə hüquqi araşdırmaya aiddir, ekspert-linqvistin səlahiyyətlərinə aid deyil.
Elnarə Rzayevaı tərəfindən "dr.elnaraest" adlı profildə paylaşılmış yazılarda təhqir xarakterli söz və ifadələr müəyyən edilib.
Qeyd edək ki, bir neçə ay öncə Bakı və Sumqayıtda "LBC" estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Ramiz qızı Rzayevanı məhkəməyə vermişdilər.
İddiaçılar müxtəlif vaxtlarda məhkəməyə müraciət etmiş, apelyasiya şikayəti vermişdilər.
Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət alıb, 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilib. Rəna Soltanova və Nigar Rüfətin iddiası üzrə daha bir məhkəmə bu il fevralın 14-də yekunlaşıb.
Hakim Ramin Quliyevin sədrliyi ilə keçirilən prosesdə yeni qətnamə çıxarılıb.
Elnarə Rzayevanın üzərinə iddiaçılar Rəna Soltanova və Nigar Rüfətin ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə bu ifadələrin yayıldığı İnstaqram internet platformasında öz durumu (profili) vasitəsilə üzr istəməsi vəzifəsi qoyulub.
Həmçinin Elnarə Rzayevaya iddiaçılara qarşı eyni davranışların edilməsi qadağan olunub. Mənəvi zərərə görə 500 manat pul Elnarə Rzayevadan tutularaq iddiaçılara ödənilməsi barədə də qərar verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb