"Cəmiyyət olaraq qəbul etməliyik ki, depressiya zəiflik deyil, xəstəlikdir" - Elnur Rüstəmov
"Son dövrlərdə depressiya hallarının artması təsadüfi deyil. Müasir həyatın sürəti, iş və şəxsi həyat arasında balansın pozulması, sosial təcrid, insan psixikasına ciddi təsir göstərir. Stress hər bir insanda ola bilər, amma stressin davamlı və nəzarətsiz qalması depressiyaya gətirib çıxara bilər. Ona görə də, depressiyanı gündəlik kədər və ya adi ruh düşkünlüyündən fərqləndirmək çox vacibdir".
Bu sözləri Sonxeber.az-a psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov danışıb.
Psixoloq açıqlamasında qeyd edib ki, kədər adətən konkret hadisə ilə bağlı olur və bu hiss zamanla azalır, insan yenidən əvvəlki emosional vəziyyətinə qayıda bilir, amma, depressiya daha dərin və uzunmüddətli bir vəziyyətdir:
"Kədər adətən konkret hadisə ilə bağlı olur (məsələn, itki, uğursuzluq, xəyal qırıqlığı). Bu hiss zamanla azalır və insan yenidən əvvəlki emosional vəziyyətinə qayıda bilir. Depressiya isə daha dərin və uzunmüddətli bir vəziyyətdir. O, təkcə kədər deyil, həm də ümidsizlik, motivasiya itkisi, həyatdan həzz ala bilməmə, gündəlik fəaliyyətlərə marağın tamamilə itməsi ilə müşahidə olunur. Depressiyanın əsas simptomları kimi, əhvalın uzun müddət aşağı olması (ən azı 2 həftə), yuxu və iştah pozuntuları (çox yatmaq və ya az yatmaq, iştahanın itməsi və ya həddindən artıq yemək) göstərilir. Eyni zamanda enerji çatışmazlığı, daim yorğunluq hissi, onsentrasiya və qərarvermə çətinlikləri, özünə qarşı dəyərsizlik və günahkarlıq hissi, ölüm və intihar düşüncələrinin yaranması da depressiya simptomu kimi qeyd edilir. İnsanın özündə bu əlamətləri gördükdə birinci növbədə vəziyyəti kiçiltməmək və "öz-özünə keçər" yanaşması ilə hərəkət etməməlidir. Psixoloq və ya psixiatra müraciət etmək depressiyanın daha dərinləşməsinin qarşısını ala bilər. İlk mərhələdə psixoloji dəstək, psixoterapiya çox təsirli ola bilir. Əgər vəziyyət ağırdırsa, tibbi müdaxilə də lazım ola bilər. Cəmiyyət olaraq qəbul etməliyik ki, depressiya zəiflik deyil, xəstəlikdir. Onu vaxtında tanımaq və dəstək göstərmək çox vacibdir. İnsanlar bir-birinə diqqətli olmalı, yaxınlarında bu əlamətləri görürlərsə, onları tək buraxmamalı, dəstək olmalı və mütəxəssisə yönləndirməlidirlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb