Səbail RİH-in texnikaları satışa çıxarılacaq - Borca görə müsadirə olunub...
Səbail Rayon İcra Hakimiyyətinin tabeçilyində fəaliyyət göstərən qurumun əməlakları vergi borcuna görə satışa çıxarılacaq.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə Baki İnzibati Məhkəməsində qərar qəbul edilib.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdehə - Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunub.
Müraciətdə bildirilib ki, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İcbari Tibbi Sığorta Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ödənilməmiş 71800 manat borcu var. Həmin borc dəyərində birliyə məxsus texnikalar müsadirə edilib.
Məhkəmədə idarəyə məxsus 71800 manat məbləğində əmlakların İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müəyyən etdiyi orqan tərəfindən satılması barəsində qərar qəbul edilib. Satışdan artıq qalan məbləğ Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qaytarılacaq.
Dövlət Vergi Xidmətinin saytında apardığımız araşdırma zamanı məlum oldu ki, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 1.436.693,54 AZN-dir. Sözügedən idarənin rəisi 2020-ci ildən Həsənov Elçin Alşan oğludur.
Qeyd edək ki, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 09.02.1996-cı il tarixli, 200 saylı sərəncamı və Səbail Rayon İcra Hakimiyyəti başçısının 17.02.1996-cı il tarixli, 316 saylı sərəncamına əsasən yaradılıb. Hazırda Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrAzərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema
11 sentyabrSOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros
4 sentyabrAzərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili
11 sentyabrBrent markalı neftin qiyməti 99 dollara yüksəldi
Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib
9 sentyabrBrent markalı neftin qiyməti artaraq 97,91 dollar/barel təşkil edib
Neft qiymətləri Yaxın Şərqdəki uzunmüddətli münaqişə ilə bağlı artan narahatlıqlar fonunda yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,91 dollar (0,94%) çox, 97,91 dollar/barel təşki
8 sentyabrAzərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ
3 sentyabr