Bakıda liseyin təmiri üçün valideynlərdən pul tələb edilib?

Bakıda liseyin təmiri üçün valideynlərdən pul tələb edilib?Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu 43 saylı orta məktəbin (MLK) şəraitinin, siniflərin, koridorun, sanitar qovşağının yararsız vəziyyətdə olduğunu əks etdirən videogörüntülər paylaşılıb. İddialara görə, direktor vəzifəsini icra edən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) əməkdaşı isə valideynlərə pul yığıb sinifləri təmir etdirməyi tapşırıb, əks halda, valideynlərə bildirilib ki, yeni dərs ilində şagirdlər məktəbə buraxılmayacaq.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Məktəb-lisey kompleksindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsində yeni tədris ili öncəsi valideynlərlə ənənəvi görüş keçirilib:

"Əvvəlki illərdəki ənənəyə uyğun olaraq tədris korpusu dəyişən VI və VII sinif şagirdlərinin valideynləri övladlarının təhsil alacağı korpusla tanış olublar. Valideynlər həmin tədris korpusunun durumu ilə bağlı rəylərini bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bildirilib ki, bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunub.

Bununla bağlı valideynlərdən vəsait tələb olunmasına dair iddialar tamamilə əsassızdır.

Pedaqoji kollektivin əsas məqsədi yeni dərs ilində məktəbimizdə daha səmərəli təhsil mühitinin formalaşmasına və qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılmasına nail olmaqdan ibarətdir".

BŞTİ-dən bildirilib ki, Bakı şəhəri Məktəb-Lisey Kompleksinin fəaliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən nəzarətdə saxlanılır:

"Qeyd edək ki, yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil müəssisələrinin infrastruktur və digər istiqamətlər üzrə ehtiyacları müəyyənləşdirilib və müvafiq tədbirlərin görülməsi məsələsinə baxılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1096   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr