"Ölkə başçısının Əl-Ərəbiyyə" telekanalına müsahibəsi Azərbaycanın güclü tərəfdaş olduğunu bir daha sübut etdi" - DEPUTAT

"Ölkə başçısının Əl-Ərəbiyyə" telekanalına müsahibəsi Azərbaycanın güclü tərəfdaş olduğunu bir daha sübut etdi" - DEPUTAT"Cənab prezident İlham Əliyevin hazırda ölkə və dünya mətbuatında geniş işıqlandırılan "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi mühüm çağırışlarla zəngindir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ölkə başçısı müsahibəsində Vaşinqtonda əldə olunan sülh razılaşmasına da toxunub:

"Cənab prezident bir daha vurğuladı ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir. Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi.Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü.

Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik;

Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı.

Müharibədən sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. H.Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur.

Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq.

Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır. Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb.

Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistanda xalqla lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər.

Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir

Deputat vurğulayıb ki, dövlət başçısı İlham Əliyev müsahibədə Zəngəzur dəhlizi məsələsinə də toxunub:

"Cənab prezident İlham Əliyev Zəngəzur dəhlizin fəaliyyətə başlamasının Azərbaycanın iki hissəsinin birləşdirilməsi baxımından strateji əhəmiyyətini xüsusi qeyd edib:

"Ölkəmizin vətəndaşlarının təhlükəsiz hərəkətinin təmin olunması üçün beynəlxalq zəmanətlər vacibdir. Layihənin yaxın gələcəkdə reallaşması və dəmir yolu infrastrukturunun qısa müddətdə tamamlanması həm ölkənin daxili kommunikasiya imkanlarını genişləndirir, həm də regionda iqtisadi əlaqələrin, ticarətin və nəqliyyat əməkdaşlığının inkişafına şərait yaradır. Layihə alternativ nəqliyyat marşrutları vasitəsilə Asiya və Avropa arasında əlaqələri möhkəmləndirir, tranzit imkanlarını artırır və regionda yeni perspektivlər açır. Artıq ölkə ərazisində qitələrarası daşınmalar üçün mühüm kommunikasiya xətləri qurulub. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə alternativ marşrut kimi çıxış edərək, nəqliyyat şəbəkəsini daha da diversifikasiya edəcək. Dövlətimizin başçısı sözügedən layihənin həm iqtisadi, həm də təhlükəsizlik aspektlərini izah edərək onun regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini diqqətə çatdırıb".

Eləcə də ölkə başçısı müsahibədə Azərbaycanın enerji siyasətindən. Hazırda dövlətimiz 10 Avropa ölkəsini təbii qazla təmin edir və onların 8-i Avropa İttifaqının üzvüdür. Bu amil ölkəmizin enerji təhlükəsizliyindəki rolunun artdığını göstərir. Qarşıya qoyulan hədəflərə görə, 2030-cu ilədək əlavə 8 milyard kubmetr təbii qazın ixracı təmin ediləcək. Bütün bunlar ölkəmizin qlobal enerji bazarında rolunu daha da gücləndirməklə yanaşı, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Artan enerji ixracı yalnız iqtisadi üstünlüklər gətirmir, siyasi əməkdaşlığın möhkəmlənməsinə də zəmin yaradır.

Enerji sektorunda digər mühüm istiqamət isə bərpaolunan mənbələrin inkişaf etdirilməsi istiqamətində işlərin reallaşdırılmasıdır. Bu sahədə Körfəz Əməkdaşlıq Ölkələri ilə geniş əməkdaşlıq əlaqələri mövcuddur və qarşılıqlı investisiya layihələri genişlənməkdədir. 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisi gücünə sahib olmaq planlaşdırılır. Qarabağda tikilən su elektrik stansiyaları hesabına isə artıq 300 meqavat enerji istehsalı təmin olunub. Həmin layihələr Azərbaycanın enerji müstəqilliyini artırmaqla yanaşı, ölkəmizi regionun mühüm yaşıl enerji mərkəzinə çevirir və beynəlxalq sərmayədarlar üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı qeyd edib ki, beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir: "Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub".

Deputat söyləyib ki, həmçinin cənab prezident İlham Əliyev Azərbaycanın şaxələndirilmiş xarici siyasət kursunun əhəmiyyətinə də toxunub:

"Bu siyasət ölkəmizə həm regional, həm də qlobal miqyasda hadisələrin mərkəzində olmağa imkan verir. Diplomatik təşəbbüskarlıq, təhlükəsizlik və iqtisadi inkişaf sahəsində ardıcıl fəaliyyət dövlətimizin mövqeyini daha da möhkəmləndirir. Azərbaycan konstruktiv siyasət yürüdərək regionda sülh və sabitliyin qorunmasına, əməkdaşlığın və inteqrasiyanın inkişafına böyük töhfələr verir.

Bir sözlə Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi Azərbaycanın güclü və etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 634   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA

Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır. Məsələ ilə bağlı "Bak

9 may
.

Şükürbəyli sakini: "Sizinlə bu görüşümüz bizim üçün tarixi bir hadisədir" - VİDEO

"Möhtərəm Prezident, bu kənddə boya-başa çatan bir adam, burada çalışan bir müəllim kimi bu gün Sizinlə bu görüşümüz bizim üçün tarixi bir hadisədir". xəbər verir ki, bunu mayın 9-da Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli sakinləri ilə söhbəti zamanı sakin deyib. "Sizi

9 may
.

Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. paylaşımı təqdim edir:

10 may
.

Azərbaycanda nikahla bağlı MÜHÜM QƏRAR VERİLDİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. xəbər verir ki, iş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsı

10 may
.

İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial şəbəkə hesablarında ümummilli liderin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb. paylaşımı təqdim edir:

10 may
.

Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ

May ayında Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ardıcıl 5 gün qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub. Belə ki, mayın 27-28-i Qurban bayramına təsadüf edir. 28 may - Müstəqillik Günü də qeyri-iş günüdür. Bayram günlərinin üst-üstə düşməsi səbəbindən 29 ma

9 may
.

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır

Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar dah

10 may
.

Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub. "Yeni Sabah"ın xəbərinə görə ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib. Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxsləri

9 may
.

Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA

"Delimitasiya və demarkasiya çox böyük prosesdir. Çox texniki məsələlər var" . xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya prosessindən danışarkən deyib. O bildirib ki, bu, qısa müddətdə baş verə

10 may