"Məktəbin sanitar qovşağını böyüdüb sinif otağı yaradıblar" - Video-Rəsmi açıqlama

"Məktəbin sanitar qovşağını böyüdüb sinif otağı yaradıblar" - Video-Rəsmi açıqlama"200 saylı Məktəb-Lisey Kompleksinin nəzdində fəaliyyət göstərən 43 saylı korpus yararsız vəziyyətdədir, tavan uşaqların başına düşə bilər".

Bu şikayətlə "Qafqazinfo"ya bir qrup valideyn müraciət edib.

Onlar bildirib ki, məktəbin döşəməsi və tavanında çökmələr mövcuddur, bu da şagirdlər üçün təhlükə yaradır: "Nərimanov rayonunda 3 korpus var, ancaq bu korpus heç vaxt təmir olunmur. Sinif otaqları bərbad vəziyyətdədir. Məktəbdə sanitar qovşağı da yoxdur, çünki onun yerini də söküb böyüdərək sinif otağı yaradıblar".

Valideynlər, əlavə edib ki, 7-ci sinifləri sözügedən korpusa köçürmək istəyirlər: "Bu məktəb böyükdür, ona görə də çox uşaq qəbul edirlər. Tez-tez korpuslar arasında şagirdlərin köçürülməsi baş tutur. Sözügedən korpusda adətən yuxarı siniflər olur. Övladım 6-cı sinfə qədər ön korpusda təhsil alıb. İndi isə bu yararsız yerə köçürürlər. Nə baş verir, heç özümüz də anlamırıq. 7-ci sinifdə təhsil alanların valideynləri bu qərarla razılaşmır".

Valideynlərin iddiasına görə, məktəb təmir üçün onlardan pul tələb edib: "Pulu yığıb vermədik. Çünki bu bizim işimiz deyil. Hətta ötən il valideynlər pul yığdı, yalnız bir sinif normal hala salındı. Ondan sonra həmin uşaqlar yenidən başqa korpusa köçürüldü. Məktəbin tez zamanda təmir olunmasını tələb edirik. Çünki belə halda şagirdlərin təhsil alması təhlükəlidir. Aidiyyəti qurumlara da bununla bağlı müraciətlər ünvanlamışıq".
"Məktəbin sanitar qovşağını böyüdüb sinif otağı yaradıblar" - Video-Rəsmi açıqlamaMəsələ ilə bağlı Məktəb-Lisey Kompleksi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunduğu bildirilib: "Təhsil müəssisəsində yeni tədris ili öncəsi valideynlərlə ənənəvi görüş keçirilib. Əvvəlki illərdəki ənənəyə uyğun olaraq tədris korpusu dəyişən VI və VII sinif şagirdlərinin valideynləri övladlarının təhsil alacağı korpusla tanış olublar. Valideynlər həmin tədris korpusunun durumu ilə bağlı rəylərini bildiriblər. Məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bildirilib ki, bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunub.

Bununla bağlı valideynlərdən vəsait tələb olunmasına dair iddialar tamamilə əsassızdır. Pedaqoji kollektivin əsas məqsədi yeni dərs ilində məktəbimizdə daha səmərəli təhsil mühitinin formalaşmasına və qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılmasına nail olmaqdan ibarətdir".

Məktəbin təmirinin nəzərdə tutulması ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə də əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, Bakı şəhəri Məktəb-Lisey Kompleksinin fəaliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən nəzarətdə saxlanılır: "Yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil müəssisələrinin infrastruktur və digər istiqamətlər üzrə ehtiyacları müəyyənləşdirilib və müvafiq tədbirlərin görülməsi məsələsinə baxılır".
"Məktəbin sanitar qovşağını böyüdüb sinif otağı yaradıblar" - Video-Rəsmi açıqlama"Məktəbin sanitar qovşağını böyüdüb sinif otağı yaradıblar" - Video-Rəsmi açıqlama


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 820   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr