Rüşvətxor hərbi polis həbs olundu
Rusiyanın Cənub dairə hərbi məhkəməsi keçmiş hərbi polis əməkdaşı Oleq Makoyev barəsində çıxarılan hökmü qanuni hesab edib. O, hərbi hissəsini özbaşına tərk etmiş hərbçilərdən rüşvət almaq və şəxsi məqsədlər üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib. O, cəzasını ciddi rejimli həbsxanada çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmənin müəyyən etdiyinə görə, hərbi hissəsini tərk etmiş hərbçilərin toplanma məntəqəsinin rəisi vəzifəsini icra edən kapitan Makoyev rüşvət alaraq onlara müxtəlif "xidmətlər" göstərib. O, pulla digər bölmələrə köçürülməyə kömək edəcəyini, qarnizon hüdudlarından kənarda yaşamağa icazə verəcəyini, eləcə də zabit hazırlığı kurslarına namizədlərin siyahısına salacağını vəd edib.
Məhkəmə, rüşvətin əhəmiyyətli və böyük məbləğdə alınması, habelə xidməti vəziyyətdən istifadə etməklə dələduzluq daxil olmaqla cinayətlərin məcmusuna görə, ona beş il müddətinə dövlət vəzifəsi tutmaq qadağası qoyub və zabit rütbəsini əlindən alıb.
Məhkəmə prosesində məhkum özünü təqsirli bilib, lakin cəzanın yüngülləşdirilməsini və onu Ukraynada müharibə zonasına xidmətə göndərilməsini xahiş etsə də, bu tələb təmin olunmayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1928 Tarix: 29 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhəd Keçid Məntəqəsində 2 vaşaq və 2 serval pişiyi ələ keçirilib
Türkiyənin Ədirnə vilayətində yerləşən Hamzabəyli Sərhəd Keçid Məntəqəsində aparılan yoxlamalar zamanı xarici nömrə nişanlı avtomobildə qanunsuz daşınan 2 vaşaq və 2 serval pişiyi aşkarlanaraq mühafizəyə götürülüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyənin Təbiətin Mühafizəsi və Mill
7 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyulBakıda ağır qəza - 1 nəfər ÖLDÜ
Bakıda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, Sabunçu rayonunda maşın dəmir maneəyə çırpılıb, bir nəfər ölüb. Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü idarətməni itirərək yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb. Hadisə nəticəsində sürüc
3 iyulQobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya
6 iyulÖlkəni yasa boğan hadisə! 21 yaşlı vəkil faciəvi şəkildə öldü
Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi 21 yaşlı vəkil Tuğçe Şenin həyatına son qoyub. xarici mediaya istinadla xəbər verir ki, hadisə D-400 magistral yolunda qeydə alınıb. Məlumata görə, yolu keçmək istəyən Tuğçe Şeni Uğur D.-nin idarə etdiyi avtomobil vurub
6 iyul