Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 11 % artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 11 % artıbBu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 257,9 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəlinə nisbətən 3,3 %, ötən il avqustun 1-i ilə müqayisədə isə 11 % çoxdur.

Kredit qoyuluşunun 21 milyard 98,1 milyon manatı və yaxud 69,7 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 10,7 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 400,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 11,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,45 %-ə yüksəlib.

Avqustun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 759,7 milyon manat olub. Bu, illik müqayisədə 11,8 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 % olub.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 868   Tarix: 30 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və yaxud 33 % artaraq tarixi maksimuma - 15 milyard 301,3 milyon ABŞ dollarına çatıb. bu barədə AMB-yə istinadən xəbər verir. "Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyy

7 sentyabr