8500 il əvvəl dənizdə itmiş sualtı şəhər tapıldı

8500 il əvvəl dənizdə itmiş sualtı şəhər tapıldıArxeoloqlar Daniyanın Orxus körfəzində "Daş dövrünün Atlantidası" adlandırılan sualtı şəhər aşkar ediblər. Tədqiqatçılar heyvan sümükləri, daş alətlər, ox ucluqları, bir suiti dişi və kiçik işlənmiş taxta parçası tapıblar. Mütəxəssislərin fikrincə, bu, sadə bir alət olub və müəyyən fəaliyyətlə məşğul olan insanların burada mövcudluğunu sübut edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, tədqiqatçıların tapdığı kiçik yaşayış məskəninin ölçüsü təxminən 430 kvadrat futdur (təqribən 40 kvadrat metr).

Sonuncu buzlaq dövrü təxminən 8500 il əvvəl başa çatdı və nəhəng buz qatları əriməyə başladı. Dəniz səviyyəsi sürətlə qalxaraq, bəzən bir əsrdə bir neçə metr yüksəlir, daş dövrünün yaşayış məskənlərini su altında qoyur və ovçu-toplayıcı icmaları materikin dərinliklərinə çəkilməyə məcbur edirdi.

Qazıntılara rəhbərlik edən sualtı arxeoloq Peter Mo Astrupun sözlərinə görə, dəniz səviyyəsinin qalxması sahil xətlərini kəskin şəkildə dəyişib:

"Bu, sanki zaman kapsuludur. Dəniz səviyyəsi qalxdıqda, hər şey oksigensiz mühitdə qorunub saxlanıldı... Zaman sadəcə dayandı. Əslində bizim qarşımızda qədim sahil xətti var. Burada sahil boyunda yerləşmiş bir yaşayış məskəninə sahibik", – deyə o bildirib.

Bu yay dalğıclar Orxus şəhərinə yaxın ərazidə suyun təxminən 8 metr dərinliyinə enərək, xüsusi sualtı "tozsoranlardan" istifadə etməklə kövrək artefaktları zədələmədən topladılar. Komanda sahəni addım-addım araşdıraraq, hər tapıntını dəqiq şəkildə sənədləşdirdi ki, bu da onlara zamanın donub qaldığı məskənin planını və gündəlik həyatını bərpa etməyə imkan verdi.

Kəşf, 15,5 milyon dollarlıq, 6 illik beynəlxalq layihənin bir hissəsidir. Layihənin məqsədi Baltik və Şimal dənizlərinin dibini xəritələşdirərək, sualtı külək elektrik stansiyaları və digər dəniz infrastrukturu genişlənərkən mezolit dövrünə aid itirilmiş yaşayış məskənlərini tapmaqdır. Əvvəllər bu dövrə aid əsas sübutlar quruda, qədim sahil boyunda aşkarlanmışdı, lakin bu tapıntı dəniz dibində tapılan ilk nümunələrdən biridir.

Astrup və komandası gələcək qazıntılarda harpunlar, balıq ovu qarmaqları və ya balıqçılıq qurğularının izlərini tapacaqlarına ümid edirlər. Bu yer tədqiqatçılara mezolit insanlarının ətraf mühitlə necə qarşılıqlı əlaqədə olduqlarına nadir bir baxış imkanı verir. Sahildə yaşayan insanlar əsasən balıqçılıq, suitilərin ovu və yaxınlıqdakı meşələrdən bitkilərin yığılması ilə dolanırdılar. Odun və qoz-fındıq kimi üzvi materialların qorunub saxlanılması alimlərə təkcə insanların nə bişirdiyini və yediyini deyil, həm də dəyişən landşaft şəraitində yaşamaq üçün alət və üsulları necə uyğunlaşdırdıqlarını anlamağa imkan verir.

Orxus körfəzindəki nisbətən sakit və dayaz suda aparılan qazıntılardan və Almaniya sahillərindəki dalışlardan sonra, daha çətin və əlverişsiz olan Şimal dənizində iki yerdə növbəti işlərin aparılması planlaşdırılır.

Min illər əvvəl dəniz səviyyəsinin qalxması həm də Doggerlend adlanan geniş ərazinin su altında qalmasına səbəb olub. O vaxtlar bu torpaq kütləsi Böyük Britaniyanı Avropa ilə birləşdirirdi, indi isə Şimal dənizinin cənub hissəsinin altında yerləşir.

Dəniz sularının nə qədər sürətlə qalxdığını izləmək üçün danimarkalı alimlər dendroxronologiya metodundan – ağac halqalarının öyrənilməsindən istifadə edirlər. Çöküntülərdə qorunub qalmış su altında qalan ağac kötükləri dəqiq tarixləndirilə bilər. Bu isə o dövrlərdə dənizin sahil meşələrini nə vaxt basdığını müəyyənləşdirməyə imkan verir.

Moesqaard Muzeyinin dendroxronoloqu Yonas Ogdal Jensen daş dövrünə aid ağac gövdəsinin kəsiyini mikroskop altında araşdıraraq deyib:

"Biz çox dəqiq müəyyən edə bilirik ki, bu sahil ağacları nə vaxt məhv olub. Bu bizə dəniz səviyyəsinin zamanla necə dəyişdiyini göstərir".

Müasir dünya iqlim dəyişikliyi səbəbilə dəniz səviyyəsinin qalxması ilə üzləşdiyi üçün, alimlər ümid edirlər ki, bu araşdırmalar 8 min il əvvəl sahil xətlərinin dəyişməsinə daş dövrü insanlarının necə uyğunlaşdığını anlamağa işıq salacaq.

Qazıntılara rəhbərlik edən Peter Mo Astrup isə etiraf edir:

"İnsanlar üçün bunun nə demək olduğunu dəqiq söyləmək çətindir. Amma uzunmüddətli perspektivdə bunun çox böyük təsiri olub, çünki landşaftı tamamilə dəyişib".

Qeyd edilir ki, 2023-cü ilə qədər olan onillikdə dünya üzrə dəniz səviyyəsi orta hesabla təxminən 4,3 santimetr yüksəlib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 951   Tarix: 31 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20 sentyabr
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr
.

İran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib

İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların

21 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr