Prezidentin köməkçisi: "Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlığa əsaslanır"
"Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlığa əsaslanır və bir çox sahələrdə dinamik inkişaf edir".
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan və Çinin çox möhkəm siyasi əlaqələri mövcuddur:
"Əlaqələrimizin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin bu il Çinə dövlət səfəri mühüm rol oynadı. Bu gün həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında daha bir səmərəli görüş oldu. Onlar bir-birlərini "Mənim əziz dostlarım" adlandırırlar. Bu ruh bir daha Çin və Azərbaycan arasındakı dostluq əlaqələrinin təcəssümüdür. Azərbaycan həmişə tək Çin siyasətini dəstəkləyib. Biz Çinin Tayvan, Honq-Konq və Sincan bölgəsi ilə bağlı siyasətini dəstəkləyirik".
Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizədə səylərinə də toxunan H.Hacıyev bildirib ki, hər iki ölkə daxili işlərə qarışmama və iqtisadi inkişaf modeli üçün suveren seçim prinsiplərini rəhbər tutur:
"Bu siyasi ruh həm də ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrə və texnoloji əməkdaşlığa çevrilir. Bu gün Azərbaycan Prezidenti Çinin enerji, bərpaolunan enerji texnologiyaları, rabitə və digər sahələr üzrə aparıcı şirkətləri ilə görüşlər keçirəcək. Ümid edirik ki, bu səfər Çin-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin gələcək inkişafına səmərəli töhfə verəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 469 Tarix: 31 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrVeysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabr