"Sosial medianın reklam bazarında üstün mövqeyə sahib olması ənənəvi medianın imkanlarını ciddi şəkildə zəiflədir" - AÇIQLAMA
Sosial medianın sürətlə inkişafı və reklam bazarında dominant mövqeyə gəlməsi ənənəvi mediaya ciddi zərbə vurur. Reklam verənlərin effektiv hesab etdikləri sosial şəbəkələrə üstünlük verməsi televiziyadan qəzet-jurnallara qədər bütün media qurumlarını maliyyə baxımından çətin vəziyyətə salıb. Mütəxəssislər bildirirlər ki, bu prosesin yaxın gələcəkdə daha da dərinləşəcəyi, hətta süni intellektin sosial medianı belə əvəz edə biləcəyi istisna edilmir.
Mövzu ilə bağlı media eksperti Azər Həsrət Sonxeber.az -a açıqlama verib:
"Sosial medianın reklam bazarında bu qədər üstün mövqeyə sahib olması ənənəvi medianın imkanlarını ciddi şəkildə zəiflədir. Reklam verənlər seçim edərkən sosial medianın daha effektiv və ucuz olduğunu nəzərə alaraq, əsasən bloggerlərə üstünlük verirlər. Bunun nəticəsində televiziya, radio, qəzet, jurnal və hətta onlayn media belə ciddi maliyyə problemləri ilə üzləşir, çünki gəlirdən məhrum olurlar"
O bildirib ki, bu məsələnin çıxış yolu barədə fikir bildirmək çox çətindir:
"Bu vəziyyətdən çıxış yolunu göstərmək isə olduqca çətindir. Hətta demək olar ki, yaxın gələcəkdə sosial media dövrü də arxada qala bilər. Çünki süni intellekt texnologiyaları sosial medianı da əvəz edəcək gücə sahibdir. Tarix göstərir ki, hər yeni texnologiya mərhələ-mərhələ əvvəlkilərin yerini tutur. Beləliklə, həm əlçatanlıq, həm də çeviklik baxımından yeni texnologiyalar ənənəvi medianı kölgədə qoyur.
Bu məsələnin konkret həll yolu varmı – demək çox çətindir. Hətta bəzən televiziyaların tamamilə ləğv ediləcəyi ilə bağlı söz-söhbətlər də dolaşır. Hazırkı vəziyyətlə bağlı dəqiq proqnoz vermək isə, açığı, mümkün deyil".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 707 Tarix: 01 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabr