İki uşaq anasının müəmmalı ölümü - İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü - İntihar, yoxsa qətl?Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində intihar etdiyi bildirilən qadının qəsdən öldürüldüyü iddia edilir.

Bu barədə "Qafqazinfo"ya mərhumun yaxınları məlumat verib.

İlkin məlumatlara görə, 35 yaşlı Minurə Mustafayeva 6 gün əvvəl gecə saatlarında yaşadığı evin həyətində özünü asıb. Lakin qadının qohumları bu versiya ilə razılaşmır. Onların sözlərinə görə, ailədaxili ciddi problemi olmayan və psixoloji vəziyyəti normal görünən iki uşaq anasının qəfil intiharı inandırıcı deyil. Yaxınları Minurənin əri Bayandur Bədəlovdan şübhələndiklərini dilə gətirirlər.

Mərhumun qohumu Razim Əmiraslanlı deyib ki, qadının boynunda ip izləri olmayıb: "Yalnız bir tərəfdə qaraltılar vardı. Ən şübhəlisi isə ərinin dedikləridir. Bayandur deyir ki, Minurə özünü həyətdəki ağacdan asıb və bunu ilk görən özü olub. Daha sonra uşaqları görməsin deyə meyiti ipdən açıb evə gətirib. Həmin gecə Minurənin bacısı da onlarda olub. O da oyananda meyit otaqda olub. Hələ ki, tibbi ekspertiza rəyi açıqlanmayıb. Buna baxmayaraq, Minurənin əri tərəfindən boğularaq öldürüldüyünü düşünürük".
İki uşaq anasının müəmmalı ölümü - İntihar, yoxsa qətl?Qohumlar hadisənin intihar, yoxsa qətl olduğunu dəqiq müəyyən edilməsi üçün Baş Prokurorluqdan məsələnin nəzarətə götürülməsini xahiş edirlər.

Səslənən iddialarla bağlı Baş Prokurorluğa sorğu göndərdik. Qurumun Mətbuat xidmətindən saytımıza bildirildi ki, sözügedən hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma başlayıb. Hazırkı mərhələdə ilkin dəlil və sübutlar təhlil edilir. İddialar təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1459   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin

11 sentyabr
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr