Juninyonun "Qarabağ"a keçidi ilə bağlı SON XƏBƏR - Hər şey açıqlandı
"Qarabağ" bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.
Sonxeber.az Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Olavio Juninyonu geri qaytarmaqda problemlə üzləşib.
Ağdam təmsilçisi "sambaçı"nı icarəyə götürmək istəsə də, "Flamenqo" razılaşmayıb. Braziliya klubu bu ilin yanvarında 5 milyon avroya "Qarabağ"dan transfer etdiyi hücumçu ilə müvəqqəti vidalaşmağa müsbət yanaşmayıb.
Braziliya təmsilçisinin nümayəndəsi "Qarabağ" tərəfinə 29 yaşlı forvardı birdəfəlik satmaq niyyətində olduqlarını bildirib. O, yalnız 4 milyon avro qarşılığında bu keçidin mümkün olacağını qeyd edib. "Qarabağ" isə həmin məbləği ödəməkdən boyun qaçırıb.
O.Juninyo isə hazırkı klubunun mövqeyindən məyusluq keçirib. O, "Qarabağ"ın mənsubları ilə əlaqə saxlayaraq, danışıqların gedişində yaranmış fikir ayrılığından təəssüfləndiyini dilə gətirib.
***09:27
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.
Sonxeber.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Flamenqo"ya satdığı Olavio Juninyonu geri qaytarıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.
29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək.
Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.
2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.
Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya beş milyon avroya satılmışdı.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 7850 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
5 oktyabrPrezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
5 oktyabrRəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"
Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. ACF rəsmisi Bakıda keçiriləcək düny
3 oktyabrTomas Tuxel İngiltərə millisinin tarixində rekorda imza atıb
Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərə milli komandasının tarixində 20 qələbə qazanmaqla rekorda imza atıb. xəbər verir ki, 53 yaşlı mütəxəssisə bu göstəriciyə çatmaq üçün 26 oyun kifayət edib. İngiltərə seçməsi UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunun IV turunda Çexiyaya 3:0 hesabı il
7 oktyabrCüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki
4 oktyabrMessi Argentina millisində karyerasını başa vurur
Argentinanın milli komandasının kapitanı Lionel Messi oktyabrın 7-nə keçən gecə yığmanın heyətində sonuncu oyununu keçirəcək. xəbər verir ki, vida matçı Buenos-Ayresdəki "Monumental" stadionunda Benin seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Arenanın kassalarınd
6 oktyabr"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib. xəbər verir ki, Gəncə təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2
2 oktyabr"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. O
5 oktyabr