"Ermənistan hələ də geosiyasi meydanda subyekt kimi yox, vasitəçi güclərin xətləri üzrə hərəkət edir" - AÇIQLAMA
"Çində keçirilən "ŞƏT plyus" formatlı görüşdə Prezident İlham Əliyevin çıxışı, əslində, Azərbaycanın regiondakı strateji mövqeyini və qlobal layihələrdə söz sahibinə çevrildiyini bir daha nümayiş etdirdi. Zəngəzur dəhlizinin Avrasiyanın əsas nəqliyyat arteriyalarına inteqrasiyası barədə mesaj Azərbaycanın yalnız Cənubi Qafqaz üçün deyil, həm də Çin–Orta Asiya–Avropa xətti üçün əvəzsiz oyunçu olduğunu göstərir. Bakı açıq şəkildə ortaya qoydu ki, onun siyasəti qapalı lokal gündəmlə yox, bütün Avrasiyanın iqtisadi və logistika gələcəyi ilə bağlıdır".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, Paşinyanın cavabında Vaşinqtondakı razılaşmanı önə çəkməsi Ermənistanın nə qədər müdafiəçi və reaktiv mövqedə qaldığını göstərdi:
"Ermənistan hələ də geosiyasi meydanda subyekt kimi yox, vasitəçi güclərin xətləri üzrə hərəkət edir. Əliyevin vurğuladığı layihə böyük oyunçuların – Çin, Rusiya, Türkiyə və Mərkəzi Asiya ölkələrinin diqqətini cəlb edərkən Paşinyanın ABŞ razılaşmasına sığınması regional liderlik qabiliyyətindən məhrum olmasının bariz nümunəsidir.
Bu ritorika toqquşması əslində geosiyasi balansı Azərbaycanın xeyrinə dəyişir. Çünki Bakı regional əməkdaşlığın təməl prinsiplərini irəli sürür, inkişafı və qarşılıqlı faydanı gündəmə gətirir. Ermənistan isə sadəcə "razılaşmaların məntiqinə" istinadla öz mövqeyini müdafiə etməyə çalışır. Beynəlxalq auditoriyada Ermənistanın arqumentləri zəif görünür, Azərbaycanın isə təşəbbüskar mövqeyi önə çıxır.
Daha mühümü, ŞƏT kimi böyük bir platformada Azərbaycanın açıq danışması Bakının regional deyil, qlobal güc mərkəzləri ilə işləmə qabiliyyətini nümayiş etdirdi. Bu, Azərbaycanın diplomatiya məktəbinin uğurudur və Prezident İlham Əliyevin siyasi vizyonunun nəticəsidir. Cənubi Qafqazın real lideri, proseslərin istiqamətini müəyyən edən ölkəsi Azərbaycanın özüdür və Çində də bu reallıq bir daha təsdiqləndi".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI
Pensiya alanlara şad xəbər - NAZİRLİK MƏLUMAT YAYDI
Hava ilə bağlı GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: oktyabra qədər davam edəcək - YENİ REKORD
Pensiyalar nə vaxt artırılacaq? - İlkin TARİX AÇIQLANDI
Ay qırmızıya boyanacaq: TARİX VƏ SAAT AÇIQLANDI
Sentyabrda növbəti isti hava dalğası gözlənilir - XƏBƏRDARLIQ EDİLDİ
Növbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ
Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF
Yeni orqan kəşf edildi
Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA
Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?
Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB
Yaşa görə pensiya BU MƏBLƏĞƏ ÇATDI - Ödənişlər 10% artdı
Azərbaycanda pensiya ilə bağlı sevindirici ANONS - Sinqapur modeli nədir?