Özbəkistan Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib

Özbəkistan Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyibAzərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan münasibətləri son illərdə xüsusi dinamizm qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-də Özbəkistana rəsmi səfərə gəlib. Səfər ərəfəsində ölkə başçımız Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi xüsusilə seçilir.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Prezident İlham Əliyev müsahibədə bildirdi ki, Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Belə ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Dövlətimizin başçısı bu rəqəmi əla göstərici kimi dəyərləndirdi.
Hazırda münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir.

Azərbaycan və Özbəkistan xalqları ortaq dini və dil kimliyinə malikdir. Hər iki xalq islam dininə mənsub olmaqla yanaşı, türk dil qrupuna daxil olan dillərdə danışır. Əlişir Nəvai, Nizami Gəncəvi, Füzuli kimi dahilərin irsi ortaq ədəbi-mədəni yaddaşı formalaşdırır. Bu zəmin üzərində ölkələr arasında mədəniyyət günləri, kitab nəşrləri, təhsil mübadiləsi və humanitar əməkdaşlıq uğurla inkişaf edir.
Hər iki ölkə beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir. Özbəkistan, Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib. Bu həm siyasi, həm də mənəvi dəstək kimi yüksək dəyərləndirilir. Azərbaycan və Özbəkistan, Mərkəzi Asiya və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması üçün ortaq mövqe nümayiş etdirir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayaq nöqtəsidir. Liderlər regionda sabitlik və Türk dünyasının birliyi naminə ardıcıl və məqsədyönlü addımlar atırlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir. Hər iki ölkənin xarici siyasət kursu qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünün dəstəklənməsi və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
Prezident İlham Əliyev öz müsahibəsində qeyd etdi ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunu bildirərək son illər həyata keçirilmiş və gözlənilən səfərlər barədə danışdı: "Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır".

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 171   Tarix: 22 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

"Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində səsləndirib. Azərbaycanı

21 avqust
.

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO+YENİLƏNİB

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Özbəkistan ilə Azərbaycan arasınd

23 avqust
.

Azərbaycan və Özbəkistan arasında "Əbədi dostluq haqqında Müqavilə" imzalandı - FOTO

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında "Əbədi dostluq haqqında Müqavilə" imzalanıb. xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində imzalanıb

23 avqust
.

Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar. AZƏRTAC-a istinadla xəbər verir ki, parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrin

23 avqust
.

Prezident: "Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var"

"Azərbaycan və Özbəkistanın irəliləmək üçün çox dəqiq fəaliyyət planı var". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında söyləyib. "İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layih

23 avqust
.

Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

"Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur". AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib. Dövlətimizin başçısı qeyd edib: "Mənə məruzə ediblər ki

23 avqust
.

Daşkənddə Əliyev-Mirziyoyev görüşü üçün HAZIRLIQ - VİDEO

Özbəkistan Prezidentinin İqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü üçün hazırlıq işləri görülür. xəbər verir ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində keçiriləcək yüksəksəviyyəli görüşlə əlaqədar iqamətgahda son hazırlı

23 avqust
.

İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan prezidentinin xüsusi rolunu qeyd edib

Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib. AZƏRTAC-a istiandla xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Bir daha Prezident Şavkat Miromonoviç Mirziyoyevi

23 avqust
.

Özbəkistan Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya

22 avqust