"Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir" - DEPUTAT

"Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir" - DEPUTAT"Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Çinlə bərəbərhüquqlu əməkdaşlığın qurulması, münasibətlərin strateji səviyyəyə yüksəlməsi ölkə başçısı İlham Əliyevin uğurlu şaxələndirilmiş xarici siyasətinin daha bir göstəricisidir. Dövlət başçımızın strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə "orta güc dövləti"nə çevrilməsini təmin edir. Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. İki ölkə arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir və müxtəlif – siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələri əhatə edir. Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji sahələrdə güclənib. İki ölkə başçısı arasında şəxsi dostluq münasibətləri əməkdaşlığı daha da dərinləşməkdədir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvnə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, bu günədək Azərbaycan və Çin arasında 100-dən artıq sənəd imzalanmışdır və iki dövlət arasında iqtisadi əlaqələr, o cümlədən yük daşımaları sahəsində əməkdaşlıq inkişaf edir:

"Azərbaycanla Çin arasında 2024-cü il ərzində tranzit daşımaların həcmi 85% artmışdır. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir.

Prezidentin Çinə cari ilin aprel ayında səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq qurulması haqqında Birgə Bəyanat, vizasız rejimin tətbiqi haqqında sənəd və əməkdaşlıq sazişləri imzalanıb. Gələcək əməkdaşlıq sahələrinə aşağı karbonlu inkişaf, rəqəmsal iqtisadiyyat, ağıllı infrastruktur və yaşıl texnologiyalar daxildir.

"Bir kəmər, bir yol" təşəbbüsü Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" strategiyası və sosial-iqtisadi inkişaf planları ilə uzlaşır. Azərbaycan Çin Sədri tərəfindən irəli sürülmüş bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biridir. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu təşəbbüs çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması təkcə Cənubi Qafqaz üçün deyil, həm də daha geniş regionlar üçün yeni perspektivlər açdı. Bu addım bölgədə uzun illər davam edən münaqişənin aradan qaldırılmasına və sabitlik mühitinin formalaşmasına mühüm töhfə verdi. Zəngəzur dəhlizinin gündəmə gətirilməsi isə Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin nəticəsidir. Onun qətiyyətli mövqeyi və məqsədyönlü addımları sayəsində Azərbaycan regionun yeni strateji nəqliyyat xəritəsinə - logistik qovşağa çevrilməkdədir.
Cənab Prezidentin bu uğuru Azərbaycanın milli maraqlarını təmin edir, beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizi artıq təkcə bir infrastruktur layihəsi deyil, həm də sülhün, inkişafın və inteqrasiyanın rəmzinə çevrilib. Bu dəhlizin işə düşməsi "Bir kəmər, bir yol" layihəsinin tərkib hissəsi olan Orta dəhliz üçün geniş imkanlar yaradacaq.
Azərbaycanın fəal əməkdaşlıq apardığı təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Cari ilin aprel ayında Çinə səfəri zamanı ÇXR sədri tərəfindən Prezident İlham Əliyev ŞƏT sammitində iştiraka dəvət olunmuşdu".

Deputat onu da vurğuladı ki, 2001-ci ildə təsis edilmiş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsədləri üzv dövlətlər arasında qarşılıqlı inam, dostluq, qonşuluq və səmərəli əməkdaşlığı gücləndirmək, regionda sülh, təhlükəsizlik və sabitliyi təmin etmək və qorumaq, yeni ədalətli beynəlxalq nizamı təşviq etməkdir:

"2016-cı ildən Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı olmuşdur. Ölkəmiz bu təşkilata tamhüquqlu üzv olmağa maraqlıdır. Hazırda Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq sahələri regional təhlükəsizlik və sabitlik, mədəni və humanitar əməkdaşlıq, ticarət və sərmayə, enerji sektoru və kənd təsərrüfatı, telekommunikasiya, terrorizm və ekstremizmə qarşı mübarizə, tolerantlıq və mədəni müxtəlifliyin təşviqini əhatə edir.

Şərq-Qərb və Şimali-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın əsas sahələrindən birini təşkil edir. 2025-ci il 31 avqust – 1 sentyabr tarixlərində Çinin Tiencin şəhərində keçirilən ŞƏT Sammitində, Çin Sədrliyinin şüarı: "Şanxay Ruhunu Qorumaq: ŞƏT Hərəkətdə"dir.

Bundan öncə isə Azərbaycan Respublikasının Prezidenti ŞƏT-in müvafiq olaraq 2022 və 2024-cü illərdə Özbəkistan və Qazaxıstanda keçirilən Sammitlərində iştirak etmişdir. Bu, Azərbaycan liderinə böyük hörmət və etimadın əyani göstəricisidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 938   Tarix: 03 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm

10 sentyabr
.

20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalq

14 sentyabr
.

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmu

2 sentyabr
.

Hikmət Hacıyev: "Azərbaycanın bərpa təcrübəsi digər münaqişə zonalarında tətbiq edilə bilər"

"Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də savaşlardan zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Preziden

11 sentyabr
.

Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması"

10 sentyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. "Qafqazinfo" "Akşam" qəzetinə istinadən xəbər verir ki, səfər 15-16 sentyabr tarixlərində baş tutacaq. Bildirilib ki, türkiyəli nazir Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla, eləcə də müdafiə naziri Zaki

14 sentyabr
.

İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərdi

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. Qaynarinfo xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Emoməli Şərifoviç,. Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımda

9 sentyabr
.

Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri ikitərəfli əhəmiyyət daşıyan bir addımdır

"Azad olunmuş ərazilərimizdə görülən işlərin beynəlxalq nümayəndəliklərə təqdimatı artıq yaxşı bir ənənəyə çevrilib. Qarabağda görülən işlərin həm ölkə ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə təqdim olunması müsbət nəticələr verir. Xüsusilə beynəlxalq nümayəndəliklərin, diplomatik korpusun təmsilçilərini

14 sentyabr
.

Bişkekdə başlayan "İstisu" ənənəsi Kəlbəcərdə diplomatik səviyyədə yaşadılıb - VİDEO

Azərbaycan və İran dövlət başçılarının Bişkekdə "İstisu" mineral suyundan içməsi ilə yaranan gözəl ənənə bu dəfə Kəlbəcər rayonundakı "İstisu" zavodunda davamını tapıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmə

12 sentyabr