"Elm və Təhsil Nazirliyi bir tədbir görməsə, məktəb və repetitorluq arasındakı sərhəd tamamilə silinəcək" - AÇIQLAMA

"Elm və Təhsil Nazirliyi bir tədbir görməsə, məktəb və repetitorluq arasındakı sərhəd tamamilə silinəcək" - AÇIQLAMAAzərbaycanda yeni tədris ili başlayarkən artıq yalnız abituriyentlər deyil, ibtidai sinif şagirdləri də müəllim yanına hazırlıqlara yönləndirilir. Bu, cəmiyyət üçün ciddi siqnaldır. Əslində ibtidai təhsilin əsas məqsədi uşaqlara yazı, oxu, hesab və məntiqin ilkin vərdişlərini aşılamaq, onların müstəqil düşünmə və öyrənmə bacarıqlarını inkişaf etdirməkdir.

Bəs görəsən ibtidai sinifləri hazırlıqlara yönləndirmək nə dərəcədə doğrudur?

Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib:

"Təhsil haqqında" Qanunun 15-ci maddəsində də ibtidai təhsil pilləsinin vəzifəsi açıq şəkildə göstərilir: bu mərhələnin başlıca missiyası uşaqların "əsas bilik, bacarıq və vərdişlərə yiyələnməsi, onların intellektual və mənəvi inkişafının təmin olunmasıdır" Amma bu norma praktikada icra olunmur. Əksinə, müəllimlərin bir qismi şagirdləri öz hazırlıq qruplarına cəlb edir, valideynlər də uşaqlar digərlərindən geri qalmasın deyə məcburən hazırlıq dərslərinə göndərirlər.

Statistik göstəricilər də vəziyyətin miqyasını ortaya qoyur. Hazırda ibtidai siniflərdə 600 mindən çox uşaq təhsil alır. Onların yüz minlərlə ailəsi dərs ili başlamazdan öncə əlavə hazırlıq üçün vəsait xərcləyir. Bakı şəhərində aparılan qeyri-rəsmi sorğular göstərir ki, ibtidai siniflərin azı 40–45 faizi repetitor yanına gedir. Bu isə illik hesabla milyonlarla manatın valideynlərin cibindən çıxması deməkdir. Dövlət məktəbinin pulsuz verdiyi təhsil, faktiki olaraq, paralel ödənişli xidmətə çevrilir. Bunun nəticəsində sosial ədalətsizlik dərinləşir: imkanlı ailələrin uşaqları əlavə hazırlıqla irəli gedir, imkanları məhdud ailələrin uşaqları isə geri qalır.

Mənfi tərəflər açıq şəkildə ortadadır. Birincisi, uşaqlar həddən artıq yüklənir, onların oyun və asudə vaxtı azalır. İkincisi, məktəb təhsilinə inam aşağı düşür, çünki valideynlər artıq məktəbin özündə verilən biliklərin yetərli olmayacağına inanırlar. Üçüncüsü, müəllimlərin bir qismi tədris prosesində öz hazırlıq qruplarını stimullaşdırmaqla təhsil bərabərliyini pozur. Bu vəziyyət həm etik, həm də pedaqoji baxımdan qəbuledilməzdir. "Ümumi təhsil haqqında" Qanunun 6-cı maddəsində hər bir şagirdin keyfiyyətli təhsil almaq hüququ təsbit olunub, amma ibtidai sinif şagirdlərinin böyük qismi keyfiyyətli təhsili yalnız əlavə hazırlıq vasitəsilə əldə edə bilir.

Müsbət tərəf kimi göstərmək olar ki, son illərdə müəllimlərin sertifikasiya prosesi tətbiq edilib, dərsliklərin yenilənməsi istiqamətində müəyyən addımlar atılıb. Amma bunlar problemi həll etmir, çünki sistemli və davamlı islahatlar yoxdur. Məsələn, ibtidai sinif dərsliklərində hələ də yaş xüsusiyyətlərinə uyğun olmayan mövzulara rast gəlinir, təlim metodikası isə köhnədir. Müəllimlərin bir qismi müasir pedaqoji yanaşmalardan xəbərsizdir. Bu isə hazırlıq dərslərinə tələbatı artırır.

Dünya təcrübəsi tam fərqli mənzərə göstərir. Finlandiya, Estoniya və Cənubi Koreya kimi ölkələrdə ibtidai sinifdə repetitorluq anlayışı demək olar ki, mövcud deyil. Finlandiya məktəblərində dərs yükü az, metodika isə interaktiv və oyun əsaslıdır, nəticədə uşaqlar dərsləri məktəbin özündə mənimsəyirlər. Estoniya müəllimlərinin hər biri müasir metodlarla işləməyə borcludur və dövlət tərəfindən dəstəklənən fasiləsiz təlim proqramlarına qatılırlar. Almaniyada ibtidai siniflərdə şagirdlərin qiymətləndirilməsi əsasən formativ üsullarla aparılır, məqsəd rəqabət yox, öyrənməyi sevdirməkdir. Azərbaycanda isə rəqabət və valideyn narahatlığı daha erkən yaşlardan uşaqları təzyiq altında saxlayır.

Əgər bu vəziyyət davam edərsə, gələcəkdə məktəb və repetitorluq arasındakı sərhəd tamamilə silinəcək, məktəb yalnız formal bir məkana çevriləcək. Dəyişiklik üçün ilk növbədə ibtidai sinif proqramı və dərslikləri uşaqların psixoloji inkişafına uyğunlaşdırılmalı, repetitorluğun qarşısını alan mexanizmlər tətbiq edilməlidir. Müəllimlərin əlavə hazırlıq qruplarına uşaq cəlb etməsinə ciddi nəzarət mexanizmi qurulmalı, valideynlər marifləndirilməlidir ki, ibtidai sinifdə repetitorluq uşağın inkişafına kömək etmir, əksinə, yüklənməsini artırır.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir strateji proqram təqdim etmir. Nazirliyin fəaliyyəti yalnız formal hesabatlarla məhdudlaşır, ibtidai təhsilin real problemləri ictimai müzakirəyə çıxarılmır. Halbuki Nazirlik "Təhsil haqqında" Qanunun 5-ci maddəsinə əsasən təhsilin inkişafı üçün strateji planlar hazırlamalıdır. Amma nə proqnozlar var, nə də valideynlərin narahatlıqlarını aradan qaldıracaq mexanizmlər. Bu, ciddi boşluqdur və nəticədə ibtidai təhsil şagirdlər üçün əlavə hazırlıq yükü, valideynlər üçün isə maliyyə yükü deməkdir. Təhsil sistemi isə uşaqların bərabər imkanlarla inkişafını təmin etmək əvəzinə, fərqlilikləri daha da artırır.

Beləliklə, problem proqramın özündə deyil, onun tətbiqi və idarə olunmasındadır. Məktəb ibtidai siniflərdə öyrətməli, repetitor isə istisna olmalıdır. Əgər Elm və Təhsil Nazirliyi bu istiqamətdə təcili və köklü addımlar atmasa, ibtidai sinif uşaqları hələ uzun müddət repetitorluğun məcburi müştəriləri olaraq qalacaqlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5980   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

Qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntıları ziyarət edənlərin diqqətini iki məqam xüsusilə cəlb edir. Birincisi, antik dövrə aid binaların əksəriyyəti torpağın dərin qatlarında yerləşir. İkincisi isə onların çoxundan yalnız divarların təməl hissəsi və ya bir neçə cərgə daş və kərpic qalıb

25 iyul
.

İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv

Yay aylarında ilanların aktivliyi artır və bu da təbiətdə, bağ sahələrində və su hövzələri yaxınlığında ilan sancması riskini yüksəldir. Həkim Yevgeni Kosmin ilan sancması zamanı ilk yardımın necə göstərilməli olduğunu və hansı səhvlərin ağır fəsadlara səbəb ola biləcəyini açıqlayıb. Mütəxəssisin sözlərin

25 iyul
.

Yumurtaları karton qabdan çıxarmayın

Yumurtalar karton qablaşdırmada saxlanıldıqda daha uzun müddət təzə qalır. Bu qablaşdırma onları kənar qoxulardan, temperatur dəyişikliklərindən və zədələnmədən qoruyur. xəbər verir ki, yumurtaları mağazadan alındığı orijinal karton qablaşdırmadan çıxarmaq tövsiyə edilmir. Ən yaxşısı onları həmin qablaşdırmad

26 iyul
.

Paltaryuyanda yuyucu tozu hara tökmək lazımdır? - ÇOXLARININ ETDİYİ SƏHV

Paltarların daha yaxşı yuyulması üçün təkcə keyfiyyətli yuyucu vasitə seçmək deyil, ondan düzgün istifadə etmək də vacibdir. Bir çox insan yuyucu tozu paltaryuyan maşının hansı hissəsinə əlavə etməyin doğru olduğunu bilmir. Mütəxəssislərin sözlərinə görə, adi yuyucu toz əsasən paltaryuyanın xüsusi əsa

26 iyul
.

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

"Məktəbəqədər və aşağı sinif şagirdlərinin onlayn ünsiyyətinə nəzarət etmək həm məqsədəuyğundur, həm də zəruridir". xəbər verir ki, bu mövzuda saytına rusiyalı pedaqoq-psixoloq Şamil Axmadullin məlumat verib. Onun sözlərinə görə, indi bir çox bağça uşağının səsli və videomesajlaşma funksiyas

24 iyul
.

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Mətbəxdə istifadə olunan xörək duzu yavaş axan və tıxanmağa başlayan kanalizasiyaları açmağa kömək edə bilər. Bu üsul əsasən borularda yığılan yağ və sabun qalıqlarına qarşı təsirlidir. Bunun üçün boruya 3-4 xörək qaşığı duz tökülür, üzərinə isə 1-2 litr isti su əlavə edilir. Bir neçə dəqiqə gözlədikdə

26 iyul
.

Braziliyada 119 il yaşayan kişi ölümündən əvvəl çox yaşamağının sirlərini açıqlayıb

Braziliyada dünyanın ən yaşlı kişilərindən biri hesab edilən Levinu da Kosta Jezus 119 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Need To Know" portalı məlumat yayıb. Bildirilir ki, o, ömrünün son 19 ilini qocalar evində keçirib. Qeyd olunur ki, braziliyalı uzunömürlü hətta 119 yaşınd

23 iyul
.

Yaponlar niyə yerdə yatır? - Yataqsız evlərin sirri

Yaponiyaya səfər edən bir çox turist ənənəvi evlərdə və bəzi otellərdə adi çarpayıların olmadığını görüb təəccüblənir. Əvəzində sakinlər futon adlanan xüsusi döşəkdən istifadə edir və onu birbaşa döşəmənin üzərinə sərirlər. Futon pambıq materialdan hazırlanan nazik döşəkdir. Axşam yatmazdan əvvəl yer

26 iyul
.

Qatil balinaların qeyri-adi davranışı alimləri təəccübləndirdi

Alimlər Meksika sahillərində qatil balinaların qeyri-adi davranışını qeydə alıblar. Yırtıcılar nəhəng balıqları elə güclə toqquşdururlar ki, ovun cəsədi güclü hidrodinamik zərbədən parçalanır. Tədqiqatçılar bunun oyun forması və ya balaları öyrətmə üsulu ola biləcəyini ehtimal edirlər. xəbər verir ki

24 iyul