Qızılın qiymətində rekord artım - Azərbaycanda da bahalaşdı

Qızılın qiymətində rekord artım - Azərbaycanda da bahalaşdıSon aylarda dünya bazarlarında qızılın qiymətində rekord artım qeydə alınıb. Ötən gün də əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,33% artaraq 3 618,2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,37% artaraq 41,57 ABŞ dolları olub.

Qızılın qiymətinin bahalaşması Azərbaycana da təsirsiz ötüşməyib.

Modern.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd edib ki, Azərbaycan bazarında bütün əyarlı qızıl növlərində bahalaşma qeydə alınıb.

Sədr müavininin sözlərinə görə, hazırda 585 əyarlı qızıl – 130–150 AZN, 750 əyarlı qızıl – 170–200 AZN, 999.9 əyarlı qızıl (əsasən külçə və sikkələr) – 210–220 AZN aralığında satılır.

O bildirib ki, bu göstəricilər son illərin ən yüksək səviyyəsi kimi dəyərləndirilir:

"Müqayisə üçün, 2024-cü ilin sentyabrında qızılın satış qiymətləri hazırkı rəqəmlərlə müqayisədə xeyli aşağı olub. Nəticə etibarilə, son bir il ərzində ölkəmizdə qızılın qiymətləri təxminən 60 faiz artım nümayiş etdirib".

R.Əmircanov vurğulayıb ki, qızılın qiymətində davamlı artım əsasən qlobal iqtisadi-siyasi qeyri-müəyyənliklərlə, xüsusən də FED-in faiz siyasəti və ABŞ-ın tarif qərarları ilə bağlıdır:

"Mərkəzi bankların alışları da qiymət artımına təsir göstərən əsas amillərdəndir, son illərdə aparıcı ölkələrin ehtiyatlarını artırması bazarda tələbi yüksəldib".

O həmçinin söyləyib ki, bununla yanaşı, investisiya maraqlarının artması da diqqətdən kənarda qalmır:

"Qlobal risklər fonunda qızıl həm dövlətlər, həm də iri investorlar üçün ən etibarlı aktivlərdən biri kimi qəbul edilir və bu da bazarda qiymətlərin bahalaşmasını şərtləndirir".

Rövşən Əmircanov onu da əlavə edib ki, dünya bazarında qızılın qiymətinin 3 600 ABŞ dollarına qədər yüksəlməsi ölkəmizdə də bütün əyarlı qızıl növlərində satış qiymətlərinin tarixi rekordlara yaxınlaşmasına səbəb olub:

"Hazırkı şəraitdə qızılın bahalaşması həm beynəlxalq iqtisadi-siyasi risklərlə, həm də mərkəzi bankların ehtiyat siyasəti ilə sıx bağlıdır. Paralel olaraq, gümüşün qiymətində də davamlı artım müşahidə olunur. Hazırda beynəlxalq bazarlarda 1 unsiya gümüşün dəyəri 41 ABŞ dollarını ötüb və aparıcı analitiklərin proqnozlarına görə, yaxın dövrdə bu göstəricinin 45 dollar səviyyəsinə yüksəlməsi ehtimal edilir. Gümüş bazarındakı bu dinamika təkcə maliyyə sektorunda ona olan marağın artması ilə deyil, həm də sənaye sahələrində genişlənən tələbatla izah olunur.

Gümüşün zərgərlik və sənayedə geniş istifadəsi onun qiymətini artırır və yaxın illərdə tələbatın daha da yüksələcəyi proqnozlaşdırılır",- deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3727   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021