Salyanda yolları 1,3 milyona təmir edəcək "VNM İnşaat" kimindir?
Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhərində yolların əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "VNM İnşaat" MMC seçilib. Yolların əsaslı təmirinə görə şirkətə 1 328 483,05 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "VNM İnşaat" MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. "VNM İnşaat" MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Vüqar Nağıyevə gəlincə, o, 2024-cü ilə qədər "VNM Servis" MMC-nin və "VNM İnvest" MMC-nin qanuni təmsilçisi olub. Hazırda hər iki şirkətin qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur.
"VNM İnşaat" MMC ilə "VNM İnvest" MMC eyni tarixdə yaradılıb. Bunadan başqa, hər iki şirkət eyni hüquqi ünvanda yerləşir. "VNM Servis" MMC ilə "VNM İnvest" MMC də satınla müsabiqələrində fəal iştirak edirlər. Hər iki şirkət cari ildə 3 tenderin qalibi seçilib.
Ehtimal olunur ki, bu şirkətlər eyni şəxs tərəfindən yaradılıb. Bəzi məlumatlara görə, şirkətlərin adındakı "VNM" Vüqar Nağıyevin adı, soyadı və atasının adının baş hərflərindən götürülüb. Lakin bununla belə, şirkətlərin ona məxsus olması şübhəlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 931 Tarix: 05 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan, güclü külək - Faktiki hava
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusard
15 avqustSabah 37 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 15-i hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündü
14 avqustVətəndaşlar marketlərdə belə ALDANIR - AÇIQLAMA
Marketlərdə məhsulların rəflərdə yerləşdirilməsi, endirim kampaniyaları, böyük alış-veriş arabaları və kassaların yaxınlığında məhsulların təqdim edilməsi istehlakçı davranışına təsir edən geniş yayılmış marketinq üsullarıdır. Araşdırmalar da mağaza quruluşu, məhsul nümayişi və promosyonların impulsi
14 avqustBakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcu
14 avqustKüləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi
Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların
15 avqustŞamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək
13 avqustSabah hava necə olacaq?
Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti olacaq
15 avqust