Bakıda məktəb-liseylərin formaları bahalaşdı - Şalvar 39 manat oldu
Bakıda məktəbli formalarının satışını həyata keçirən "Ela" Məktəbli Formaları qiymətləri qaldırıb.
Qaynarinfo-nun məlumatına görə, şirkət Elm və Təhsil Nazirliyinə məxsus məktəb-liseylərin, həmçinin bəzi ümumtəhsil məktəblərinin formalarını satır. Son dəyişikliklərlə qiymətlərdə 10–30 faiz artım qeydə alınıb.
Məsələn, Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin şagirdləri üçün şalvarın qiyməti ötən il 29 manat olduğu halda, hazırda 39 manat təşkil edir. Jaket 39 manatdan 43 manata, uzunqol köynək 28 manatdan 29 manata, qısaqol köynək isə 27 manatdan 28 manata qalxıb.
Qeyd edək ki, "Ela" Məktəbli Formaları mağazası Bakıda yalnız bir ünvanda – Mərdanov qardaşları küçəsi 41-47-də fəaliyyət göstərir. Bu səbəbdən paytaxtın müxtəlif rayonlarında yaşayan valideynlər məhz həmin ünvana üz tutmaq məcburiyyətində qalır ki, bu da narazılıqlara yol açır.
Şirkət vergi uçotunda 02.09.2022-ci il tarixindən "Ela VİP" MMC adı ilə qeydiyyatdadır. Onun qanuni təmsilçisi Hallac Vedat Fikri göstərilir. Bir neçə gün əvvəl isə MMC-yə əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulmasına görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 1000 manat maliyyə sanksiyası tətbiq olunub.
Xatırladaq ki, Elm və Təhsil Nazirliyi ölkədə məktəbli formalarının qiymətində artım olmadığını bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA
Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların
6 may 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 202120 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl
26 iyul 2021İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg
31 iyul 2021Dünya bazarında neft qiymətləri necə dəyişib?
Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub
20 iyul 2021Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin
23 iyun 2021Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u
1 avqust 2021Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA
Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa
19 may 2021