Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı
Madaqaskar sahillərində aşkarlanan 300 illik gəminin qalıqları, bir vaxtlar əfsanə sayılan dəniz quldurları basqını barədə məlumatlara işıq salıb. Tapıntının 1721-ci ildə Hind okeanında "piratların qızıl dövrü"ndə ələ keçirilmiş portuqal hərbi gəmisinə məxsus olduğu öyrənilib. Belə ki, gəminin tarixi sənədlərdəki təsvirlərlə uyğunluğu araşdırılıb, nəticədə gövdənin quruluşu, tapılan sikkələrin tarixi və yükün tərkibi ehtimalları təsdiqləyib.
Oxu.Az bu barədə "Nauka TV"yə istinadla xəbər verir.
Bildirilir ki, Hindistanın Qoa adasından Lissabona yola çıxan "Nossa Senhora do Cabo" adlı portuqal gəmisinin göyərtəsində dövlət məmurları ilə yanaşı, diplomatik bağlamalar, dini əşyalar və lüks mallar olub. Bu yükün dəyəri bu günün məzənnəsi ilə təxminən 138 milyon ABŞ dolları təşkil edir.
Gəminin qalıqları Madaqaskarın şərq sahilində, Nosi-Bora adasının yaxınlığında aşkarlanıb. XVII-XVIII əsrlərdə piratlar tez-tez bu adaya apardıqları qənimət gəmilərini təmir edir və talanı bölüşürdülər. Qalıqlardan 3 300-dən çox artefakt çıxarılıb. Onların arasında ərəb yazıları olan qızıl sikkələr, çini qablar, nadir dini əşyalar var.
Arxiv qeydlərinə görə, gəmi 1721-ci ilin aprelində Reyunyon adası yaxınlığında tufana düşərək zədələnib. Gəmi bundan sonra dəniz quldurları tərəfindən ələ keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1745 Tarix: 07 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel
6 sentyabrRusiyada qadının qarnından 17 kq-lıq şiş çıxdı
Rusiyanın Yekaterinburq şəhərində həkimlər uğurlu əməliyyatla qadının qarın boşluğundan 17 kiloqramlıq nəhəng şiş çıxarıblar. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qadın uzun müddət çəkisinin artmasına əhəmiyyət verməyi
6 sentyabrNyu-Yorkda məktəblilərə süni intellekt qadağası
ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c
6 sentyabrPolşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq
Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. "Report" xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayını
6 sentyabrİran ABŞ-ı Hörmüz boğazında ticarət gəmiçiliyini pozmaqda ittiham edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ı Hörmüz boğazında ticarət gəmiçiliyini pozmaqda günahlandırdı. xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bir müddət əvvəl Hörmüz boğazının gəmiçilik üçün tamamilə bağlandığını açıqlamışdı. O, X sosial şəbəkəsindək
7 sentyabrPaşinyan Moskvaya gedəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcək. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. Peskov səfərin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin ilin sonunadə
7 sentyabr